KÖŞƏ

Vəli İlyasov

Ermənilərin Qarabağdan qaçmalarının səbəbi nədir?

29 aprel 2021 23:17
1309

Və ya onları yeni vətən axtarışına nə vadar edib?

Ermənistanın məğlubiyyətindən altı aya yaxın vaxt keçsə də bu mövzuda qızğın mübahisələr, qaşılıqlı sərt ittihamlar, günahkar axtarışı bitmək bilmir. Müharibədən əvvəl lovğalıqla danışan, “ağzına çullu dovşan yerləşməyən” baş terrorçu Araik Arutyunyan indi özündən başqa hər kəsi günahkar görür. Danışığının tonu isə tamam dəyişib, ötkəmliyindən əsər-əlamət qalmayıb. Quzu cildində gizlənən bu çaqqal indi hər istiqamətə hürür, yəni tipik erməni xarakterini açıq nümayiş etdirir. Bir vaxtlar at oynadan quldurbaşı indi acı müsahibələr verir, planlarının baş tutmadığına heyifsilənir.

“Hələ oktyabrın əvvəlində müharibənin nəticəsi aydın idi, lakin Ermənistanda siyasi qüvvələr döyüş fəaliyyətlərinin tez bitməsiylə bağlı konsensus əldə edə bilmədilər.”

Bu fikri  Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan təəssüflə bildirib. Bununla bərabər o, həmin dövrdə Ermənistanda bir çox siyasi qüvvənin müharibənin dayandırılmasını satqınlıq hesab etdiyini bildirib.

Arutyunyana görə, müharibədə məğlubiyyətin əsas səbəbi Ermənistan rəhbərliyinin 1994-cü ildən sonra dünya təcrübəsindən dərs çıxara bilməməsidir.

O, həmçinin Ermənistan rəhbərliyinin zamanında ermənilərin böyük hissəsinin Qarabağdan getməsinə izn verdiyini ciddi səhv adlandırıb.

Qeyd edək ki, 1989-cu il məlumatına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasında 145,5 min erməni yaşayıb. 2020-ci ilin 27 sentyabrına qədər isə rəsmi rəqəmlərdə Ermənistan keçmiş Dağlıq Qarabağda 139 min erməninin yaşadığını iddia etsə də, real rəqəm 60 min idi.

44 günlük müharibə zamanı ermənilər Azərbaycan ərazilərini tam tərk etmişdilər. 14 noyabr 2020-ci ildən başlayaraq, rus sülhməramlıları ermənilərin Qarabağa daşınmasını və onların məskunlaşması üçün bütün tədbirləri həyata keçirməyə başladı. Rəsmi məlumata görə, Qarabağa 14 noyabrdan etibarən ümumilikdə 52.7 min erməni gətirilib. Lakin gətirilənlərin bir qismi Ermənistan və Rusiyaya gedib. Hazırda Qarabağda 30 min civarında erməni yaşadığı bildirilir. Ancaq bir fakt da var ki, yerli əhali ilə bərabər döyüş qabiliyyəti olan İrəvan erməniləri də Xankəndi və ətraf yaşayış məntəqələrinə gətirilirlər. Bunun erməni hiyləsi olduğu gün kimi aydındır-bölgədə ermənilərin sayının süni surətdə artırılmasına cəhddir. Bu üsul onların köhnə süni artım üsullarından biridir.

Terrorçu Araik Arutyunyan hələ də başa düşmək istəmir ki, ermənilərin Qarabağdan, eləcə də Ermənistandan qaçmalarının bir səbəbi var. Onlar heç vaxt ermənilərin torpaqları olmayan ərazilər üçün vuruşmaq istəmirlər. Müharibədəki ağır məğlubiyyətdən sonra bunu bir çox əsgər valideynləri hökumətə qarşı etiraz aksiyalarında açıq bildirirlər. Tələb budur ki, ermənistanlı əsgərlər Qarabağa hərbi xidmətə göndərilməsinlər, çünki Qarabağ Azərbaycan ərazisidir və ermənilərin o yerə iddiası əsassızdır. “Özgə atına minən tez düşər” deyiblər, ermənilər özlərinin olmayan torpağa  müvəqqəti sahibliyi itirərək əsl sahibinə qaytarmalı olublar. Etibarı itirdiklərinə görə isə buradan getməyə, özlərini yeni vətən axtarmağa məhkum ediblər.