Səyahət ən yaxşı əyləncələrdən biridir. Başqa bir mədəniyyətlə tanış olmaq, həmin ərazilərdə macəralarla üzləşmək insanın həyat təcrübəsini daha da artırır. Səyahət, həmçinin sizin dünyaya yenidən və fərqli baxmağınız üçün şərait yaradır, dünyagörüşünüzü artırır
Lakin, bəzi ölkələrə səyahət etmək heç də əlverişli deyil. Həmin ölkələrin bir neçəsi ilə tanış olaq:
Honduras
Mərkəzi Amerikada yerləşir və çox gözəl ərazilərə sahib olsa da, səyahət etmək üçün məsləhət görülməyən ölkələr sırasındadır. Honduras dünyada ən çox qatillərin olduğu və cinayət hadisələrinin baş verdiyi ölkə hesab olunur.
Kenya
Kenyanın ucqar əraziləri terror hadisələrinin vətəni hesab olunur. Burada hər gün bomba, atəş səsləri eşidilir, insanlar hücuma məruz qalır. Şəhərlər müəyyən qədər mühafizə olunsa da, bu, sizin tamamilə təhlükəsizlikdə olacağınız anlamına gəlmir. Ən təhlükəli zaman isə seçki ərəfəsidir. Belə ki, seçki zamanı əhali sakitliyi pozaraq , mövcud rejimə qarşı mübarizə aparır.
Salvador
Şimali Amerikada yerləşən Salvador Respublikası gözəl dağlıq əraziləri ilə yanaşı, xüsusi cinayətkar bandaların vətəni kimi tanınır. Bu ölkənin parklarında və digər ictimai ərazilərində demək olar ki, hər gün uşaq oğurluğu baş verir. Ölkədə, həmçinin uzun illər davam edən və hələ də tamamilə bitməyən vətəndaş müharibəsi baş verib.
Kolumbiya
Kolumbiya 4 ildən çoxdur ki, narkotik ticarəti, siyasi korrupsiya və zorakılıqla ciddi şəkildə mübarizə aparır. Ölkə cinayətin təşkilinin qarşısının alınması prioritet məsələlərdən biridir. məhz bu səbəbdən də Kolumbiyaya səyahət etmək məqsədə uyğun hesab olunmur.
Venesuela
Dəyişkən siyasi mühit ölkədə açıq-aşkar qorxunc vəziyyət yaradıb. Aclıqla mübarizə, iğtişaşların baş alıb getməsi xəbərlərin başlıca mövzusudur. Ölkə iqtisadi böhranla da mübarizə aparır.
Nigeriya
Boko haram, eşitmisinizmi? Ölkə sözügedən terrorist qruplaşma ilə neçə illərdir ki mübarizə aparır. Ölkə ilə maraqlansanız “Nigeriyaya səyahət etmək olmaz” kimi sloqan ilə rastlaşacaqsınız.
Leyla Şıxəliyeva, “İki sahil”