Bu yazıda sizə bunlarla bağlı topladığımız maraqlı məlumatları təqdim edirik
Müsahibələrindən birində Ronaldo adının haradan gəldiyini izah etdi. Əfsanəvi futbolçunun sözlərinə görə, ona Amerikanın 40-cı Prezidenti Ronald Reyqanın adı verilib. Kriştiano da məhz bu Prezidentin karyerasında əsas vəzifəni tutduğu vaxtda anadan olduğuna görə ona bu ad verilmişdi.
Lev Yaşin bu gün məşhur futbol qapıçısı olsa da, karyerasının başlanğıcında onun "Dinamo"da oynadığı ilk matçlar uğursuz olub. 5 topu buraxan Yaşın, bu səbəbdən az qala komandadan qovulurdu.
Son zamanlar sevilən idman növlərindən biri də slemboldur. Bu idman növü basketbolun əsasında yaradılıb.Amma slembolun basketboldan fərqli cəhətləri var. Slembolda komandalar tramplinlərdən istifadə edirlər. Belə desək,hər səbətin qarşısında tramplinlər olur. Hər birisində 4 nəfər olmaqla komandalar meydançanın hər iki tərəfindən səbətin ətrafına toplaşırlar.Oyunun əsas şərtlərindən biri də odur ki,topu rəqibin səbətinə atmaq lazımdır. Bu oyun əsasən ABŞ-da populyardır.
Olimpiya qızıl medalının çəkisi təxminən yarım kiloqramdır. Sadəcə qeyd etmək lazımdır ki, medalın yalnız yarısı qızıldandır, digər hissəsi isə gümüş və misdən hazırlanıb.
Stenli Kuboku təqdim edildikdə,qalibə sadəcə onun bir nüsxəsi təqdim olunur. Əsl kubok isə muzeydədir.
İlk Futbol kuboku 1983-cü ildə Braziliyada oğurlanmışdı. Kubok güllə keçirməyən metal seyfdə saxlanılsa da,həmin seyfin şüşəsi yalnız bir ağac çərçivəsi üzərində qurulmuşdu. Məhz bu səbəbdən oğrular kuboku asanlıqla çırpışdırmışdılar.
Çox maraqlıdır ki, basketbolun tarixi ilə bağlı ən maraqlı faktlardan biri odur ki, dünyanın ən uzun boylu basketbol oyunçusu əslində Afro-amerikan deyil, Çinlidir. Qeyd edək ki, Sun Mingin boyu 2 metr 36 santimetrdir.
1976-cı ildə İngiltərənin "Aston Villa" futbol komandasının "Lester" ilə oyunu 2: 2 hesabı ilə bitdi. Belə görünə bilər ki, burada qəribə bir şey yoxdur. Lakin bu oyunda diqqətçəkən məqamlardan ən əsası bu oldu ki, oyunda bütün qolları Nikolls vurdu. O, əvvəlcə 2 qolu öz qapılarına vursa da, sonra iki dəfə rəqiblərini əsəbləşdirərək acığını çıxdı.
İdman filmlərin əksəriyyəti boks haqqında çəkilmişdir.
Mərakeşdən olan futbolçu Hisham Zeruali soyadı sayəsində pərəstişkarlarından "Zero" (Sıfır) ləqəbini almışdı. Uzun illər ərzində "0" rəqəmi altında oynayan futbolçu çox təəssüf ki, 2004-cü ildə avtomobil qəzasında həyatını itirdi. Ölümündən sonra tarixə düşən bu futbolçunun şərəfinə " Pittodry" stadionunda abidə qoyulmuşdu.
Dünyanın ən sürətli insanı kimi tanınan Yamaykadan olan Usain Bolt 2009-cu ildə dünya rekorduna imza atdı. Bolt yüz metr məsafəni 9,58 saniyəyə, iki yüz metr məsafəni isə 19,19 saniyəyə qət etdi.
Bütün karyerası boyu yarımmüdafiəçi olan Pinheyro avtoqolların rekordçusu kimi tarixə düşüb. Fərqli oyunlarda qapını səhv salaraq öz qapılarına qol vuran futbolçu bir müddətdən sonra məşqçilərin hücumuna məruz qalmışdı. Qeyd edək ki, Pinheyro öz qapılarına 10 dəfə qol vuraraq, özünü antireklam etmişdi.
Ukraynalı Vasili Virastyuk dünyanın ən güclü adamı hesab olunur. O, eyni zamanda, 7 avtomobili hərəkət etdirə bilir.
Formula 1 Dünya Çempionatının tarixində cəmi 5 qadın sürücü olub.
Məşhur futbolçu Messi hal-hazırda böyük var-dövlətə sahib olsa da, ancaq karyerasını adi bir salfet üzərində imzaladığı müqavilə ilə başlamışdı. Həmin müqaviləni imzaladığı zaman onun yanında argentinalı agenti Josep Maria Minghelia və "Barcelona" komandasının keçmiş məşqçisi Carles Rechak vardı. 2012-ci ildə həmin bu salfet " Barselona" klubunun muzeyinə verilmişdi. Məşhur salfeti görmək istəyənlər, buna görə pul ödəməlidirlər.
Atçılıq idmanında, bir atın adının uzunluğu 18 hərfdən çox olmamalıdır.
Ötən əsrin 50-ci illərində futbol tarixində misilsiz bir qarşılaşma baş vermişdi. Bu oyunla bağlı maraqlı faktlardan biri də odur ki, isveçli gənclərdən ibarət "Jungorden" qapıçısı heç bir dəfə də topa toxunmamşdı. Qeyd edək ki, " Jungorden" komandası rəqibinin qapısına nə az, nə çox 18 cavabsız qol vurmuşdu.
Əslində hal-hazırda Formula 1 ən bahalı idman növüdür. Tək bir ağrı və pilotun avadanlığı 1 milyon avrodan çoxdur. Qayıqsürmə də bahalı idman növlərinə daxildir . Regatta yarışmaları üçün alınan yaxtaların qiyməti 500 min ilə 1 milyon avro arasında dəyişir.
Samirə Tağıyeva, "İki sahil"