"SOCAR Turkiyə" qrup şirkətlərindən olan Star neft emalı zavodunda (NEZ) ekoloji təmiz aviasiya yanacağının (SAF) istehsalı imkanlarını araşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Hakkı Alkanın moderatorluğu ilə "1 Lider 5 Sual" verlişində “SOCAR Turkiyə”nin neft emalı və neft-kimya bölməsinin rəhbəri Kənan Mirzəyev danışıb.

"Biz neft emalı sahəsində bioyanacağa tələbatın artmasını gözləyirik və bununla əlaqədar hazırda bir layihə üzərində işləyirik. Bu, “Sustainable Aviation Fuel” (SAF) ekoloji təmiz aviasiya yanacağının istehsalı layihəsidir. Hazırda layihə texniki qiymətləndirmə mərhələsindədir və inanırıq ki, SAF istehsalı NEZ-də ən böyük transformasiya olacaq. Biz artıq bu layihə üzərində işə başlamışıq", - K.Mirzəyev bildirib.
Bundan əlavə, o qeyd edib ki, neft-kimya sektorunda şirkət ümumilikdə kimya və neft-kimya məhsullarına tələbatın artacağını gözləyir.
"Hesab edirik ki, neft-kimya və kimya sənayesi neftə daha çox tələbat yaradacaq. Buna görə də SOCAR olaraq strategiyamız bu sektorlarda inkişaf etməkdir", - o vurğulayıb.
SAF Jet-A1 yanacağının ekoloji təmiz versiyası olan dayanıqlı aviasiya yanacağıdır. Adi aviasiya yanacağından fərqli olaraq, SAF təmiz halda karbon emissiyalarını 80 % azaldır.
ABŞ 2050-ci ilədək SAF-dan 50 % istifadəyə keçməyi planlaşdırır. Avropa İttifaqı 2025-ci ildən etibarən SAF-dan 2 % səviyyəsində istifadəni tətbiq edəcək və bu göstəricini 2030-cu ildən 5 %-ə, 2050-ci ilə qədər isə 63 %-ə çatdıracaq.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR