03 iyun 2021 13:44
1231

Xankəndidə məscid inşa edilib

Sosial şəbəkədə Azərbaycanın Xankəndi şəhərində məscidin istifadəyə verilməsi ilə bağlı məlumat paylaşılıb.

“İki sahil” xəbər verir ki, bu barədə erməni jurnalist Bella Lalayan öz feysbuk hesabında məlumat verib.

Məscidin fotosunu da yayımlayan Lalayanın sözügedən paylaşımı sosial şəbəkənin erməni seqmentində ciddi rezonans yaradıb.

Feysbuk istifadəçiləri məscidin Rusiyanın sülhməramlı kontingentində xidmət göstərən müsəlman hərbçilər, xüsusilə dağıstanlılar üçün nəzərdə tutulduğunu və Xankəndi Hava Limanının yaxınlığında yerləşdiyini qeyd ediblər.