23 may 2018 19:44
1016

SOCAR-ın Türkiyədəki sərmayələrindən bəhs edilib

Rumıniyanın maliyyə qəzeti SOCAR-ın Türkiyədəki sərmayələrindən yazır

Rumıniyanın nüfuzlu iqtisadi nəşri “Ziarul Financiar” (maliyyə qəzeti) SOCAR-ın Türkiyədəki sərmayələri barədə yazır. Xüsusilə İzmirdə yerləşən “STAR” neft emalı zavodu barədə bəhs olunan məqalədə bildirilir ki, zavod Türkiyənin xammalın idxalı üçün sərf olunan 1,5 milyard dollar defisitini azaldacaq. “Star” zavodunun baş direktoru Mesul İlterin verdiyi rəqəmlərə istinadən, nəşrdə göstərilir ki, zavod 99,1 faiz hazırdır. Bu günə kimi buraya 5,2 milyard dollar sərmayə qoyulub. Layihə bitdikdə isə ümumi sərmayənin miqdarı 6,3 milyard dollar olacaqdır.