21 iyun 2021 18:37
835

“Azəriqaz” qazi və şəhid ailəsinin müraciətini təmin edib VİDEO

“Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən daxil olan müraciətlər sırasında şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Bəxtiyar Nəsibov Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib, 2-ci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib.

Birlikdən "İki sahil"ə bildirilib ki, qısa bir müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 millimetr, uzunluğu 180 metr olan qaz xətti çəkilib.

Şəmkir rayonunda yaşayan şəhid atası Hacı Abbasovun da müraciəti cavabsız qalmayıb. Onun oğlu Zaur Abbasov Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidin atası “Azəriqaz”a müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Dərhal rəhbərliyin tapşırığı ilə fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.