22 iyun 2021 12:16
1115

“SOCAR Polymer” son 40 ildə neft-kimya sənayesində inşa edilmiş ilk böyük zavod kompleksdir

SOCAR "Telegram" səhifəsində “SOCAR Polymer” haqqında paylaşım edib.

"İki sahil" xəbər verir ki, paylaşımda qeyd olunur ki, Sumqayıt şəhərində ərsəyə gətirdiyimiz beynəlxalq standartlara cavab verən “SOCAR Polymer” öz növü və miqyası baxımından son 40 il ərzində Azərbaycanın neft-kimya sənayesində inşa edilmiş ilk böyük zavod kompleksdir.

Qeyd edək ki, "SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. "SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan "SOCAR Polymer” zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub.