23 iyun 2021 11:10
631

Samir Bağırov səhnəyə qayıdır: Yeni mahnı və klip hazırlanır

Uzun müddətdir ekranlardan uzaq olan müğənni Samir Bağırov səhnəyə qayıdır.

“İki sahil” xəbər verir ki,  ekstravaqant sənətçi illər sonra Azərbaycan şou-biznesinə qatılmaq qərarına gəlib. Buna görə də o, Xalq artistləri Aygün Kazımova və Miri Yusifin əməkdaşlıq etdiyi “SS Production”la işbirliyinə başlayıb.

Bağırov üçün çıxış mahnısı hazırlanıb, o, yeni klip və fotosessiya üçün kamera qarşısına keçib.

Qeyd edək ki, sənətçi qısa fasilələrlə TV proqramlarına qonaq olsa da, 10 ildən sonra peşəkar səhnə ilə vidalaşıb. Onun sonuncu albomu “Sənsizlik”,  sonuncu klipi “Sevmədin, gülüm” və sonuncu mahnısı “Son yarpaq” olub.