“Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində “Əcdadların səhraya uyğun sənəti” (Даламен үндес баба өнер) beynəlxalq festivalında tətbiqi sənət ustalarının yarmarkası keçirilir.
“İki sahil” Mangistau vilayətinin İctimai Kommunikasiyalar Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu festival regionda ilk dəfədir keçirilir.
Beynəlxalq tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Monqolustan, Başqırdıstan, Kalmıkiya, Tuva və Çuvaşiyadan 45 sənətkar iştirak edir.
Yarmarka çərçivəsində ənənəvi dekorativ-tətbiqi sənət və müasir yaradıcılıq sənayesinin nümayəndələri təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. İştirakçılar sərgidə öz məhsullarını təqdim edir və ustad dərsləri keçirirlər.
Mangistau Regional Elmi-Metodiki və Mədəniyyət Mərkəzinin direktoru Akmaral Zeyilovanın sözlərinə görə, festival iştirakçıları ornamentlərlə, qiymətli və yarımqiymətli daşlarla bəzədilmiş məhsullar gətiriblər.
“Festivalın məqsədi etnoturizmi inkişaf etdirmək, milli incəsənəti dəstəkləmək və yaradıcı iqtisadiyyat sahəsində tərəfdaşlığı genişləndirməkdir. Sənətkarlar öz məhsullarının yaradılması prosesini tamaşaçılara nümayiş etdiriblər”, - deyə Akmaral Zeyilova qeyd edib.
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib