24 iyun 2021 11:47
1258

11 min 365 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 11 min 365 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü general-leytenant, 2-si general-mayor, 32-si polkovnikdir.