Bakı Yay Enerji Məktəbi artıq 20 ildir ki, uğurla fəaliyyət göstərir. Düşünürəm ki, proqramlarımızla bağlı hiss etdiyimiz həyəcan və coşqu bizi daim enerjili saxlayır və ölkəmiz üçün böyük əhəmiyyət daşıyan təşəbbüsləri həyata keçirmək üçün hər zaman yüksək motivasiya ilə çalışmağa sövq edir.
“İki sahil” xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxışı zamanı deyib.
“Bu illər ərzində biz çox mühüm nailiyyətlər əldə etmişik və gələcək üçün də böyük planlarımız var. Dünyanın bir çox ölkələrindən gəlmiş iştirakçılar və çoxsaylı mötəbər qonaqlarla birlikdə XX Bakı Yay Enerji Məktəbinin açılışını elan etməkdən böyük məmnunluq duyuruq”,- deyə rektor bildirib.
Hafiz Paşayev qeyd edib ki, XX Bakı Yay Enerji Məktəbinin bütün iştirakçıları regionda neft və qaz sektorunda baş verən inkişaflar, eləcə də bərpaolunan və alternativ enerji sahəsindəki ən son yeniliklər barədə zəngin bilik və dəyərli təcrübə qazanacaqlar.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib