24 iyun 2021 13:27
417

Deputat Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub FOTO

Yeni Azərbaycan Partiyasının 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın seçiciləri ilə növbəti görüşü olub.

“İki sahil” xəbər verir ki, müraciət edən şəhid ailələri, qazilər və sakinlər problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Deputat müraciətçilərin problemlərinə yerindəcə reaksiya verib və aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, görüş həm üzbəüz, həm də online şəkildə baş tutub.