24 iyun 2021 16:48
639

Burada insanlar ayaqyalın gəzirlər - FOTO

Cənub yarımkürəsinin ada ölkəsi olan Avstraliya dünyanın ən xoşbəxt ölkələri arasında göstərilir.

“İki sahil” vəhşi təbiəti və yerli əhalisi ilə çox zəngin bir mədəniyyətə sahib olan bu ölkə haqqında məlumatları oxucularına təqdim edir.

Bir çox insan ölkəni gözəl çimərlikləri və il boyu günəş işığı qəbul etmək üçün ziyarət edir. Ancaq həqiqət budur ki, Avstraliyada olan Alp dağlarına İsveçrədəki Alp dağlarından  daha çox qar yağır. Ümumiyyətlə buraya  qar iyun-sentyabr aylarında yağır. Tasmaniya adası dünyanın ən təmiz havası olan yerlərdən biridir. Ştatların üçdə biri milli park və ya Dünya mirası olaraq qorunur. Avstraliya kisəli heyvanlardan tutmuş müxtəlif quşlara qədər ev  sahibliyi edir. Ölkənin vəhşi təbiətini yaşamaq üçün çox sayda fürsət tapa bilərsiniz. Burada yaşayan heyvanların 80 %-i bu ölkəyə aiddir.

Ölkəni ziyarət edərkən küçədə ayaqyalın gəzən insanları görsəniz, heç vaxt təəccüblənməyin. Burada ayaqyalın gəzmək geniş  yayılıb. Bunun əsas səbəbi Avstraliyanın qısa qış dövründən başqa həmişə isti olmasıdır. Avtobuslarda, ticarət mərkəzlərində, restoranlarda və ya düşünə biləcəyiniz hər hansı bir yerdə ayaqqabı geyinməyən insanlarla qarşılaşa bilərsiniz. Ayaqyalın gəzənlərin əksəriyyəti gənclərdir. Ölkə əhalisi də eyni zamanda  küçələrinin təmizliyi ilə fəxr edir və küçələrdə kifayət qədər rahat gəzirlər. Burada ayaqyalın  maşın sürmək qadağandır. Buna görə Avstraliyada və ya başqa bir yerdə ayaqqabınız olmadan maşın sürməyin. Bu bəzi hallarda pedalın sürüşməsinə və qəzaların baş verməsinə səbəb ola bilər. 

Avstraliyada 10 mindən çox çimərlik var. Əgər  hər gün Avstraliyada yeni bir çimərliyə getmək istəsəniz, hamısını görmək üçün 27 ildən çox vaxt sərf etməlisiniz. Avstraliya əhalisinin 90 %-i sahildə yaşayır, çünki ölkənin çox hissəsi geniş bir səhradır. Avstraliyanın aborigen xalqının təxminən 50000 min ildir burada yaşadığı təxmin edilir. Lakin hazırda onlar ümumi əhalinin yalnız 1.5 %-ni təşkil edirlər.

Vüsal Cahanov, “İki sahil”