24 iyun 2021 17:04
778

Qaxda 31 yaşlı kişi itkin düşüb FOTO

Qohumunun evinə qonaq gedən şəxs itkin düşüb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq gəldiyi Qax rayonunun Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Həmin şəxsin əlamətləri - boyu 164 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə, qara köynək, şalvar və ayaqqabı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.