30 iyun 2021 17:28
1033

Smartfon istifadəçilərinə xəbərdarlıq: telefonu enerji ilə tam doldurmayın!

Enerji ilə tam doldurulması smartfonların akkumlyatorunun işləmə müddətini azaldır, həmçinin, enerjinin sona qədər bitməsi. Buna görə də, marketoloqların hiylələrinə uymamaq lazımdır.

“İki sahil” “RİA Novosti” saytına istinadən, xəbər verir ki, smartfonların enerjisini tamamilə bitənədək istifadə etmək və sonra yenidən 100 % doldurmaqla bağlı məsləhətlər sadəcə, marketinq tələsidir. Belə halda telefon tez sıradan çıxır. Məlumatı rusiyalı ekspert Boris Bokarev verib.

Enerji tsiklları akkumlyatorun ömrünə təsir edir. Orta hesabla, smartfonlar 300-500 enerji tsikli üçün nəzərdə tutulub. Bundan sonra, akkumlyatorun gücü tədricən zəifləyir.

Bokarev, iki və ya üç fazalı elektrik sayğacı ilə telefonları və digər cihazları gecə saatlarında doldurmağın daha yaxşı olduğunu da xatırladıb. Telefon enerji ilə tam dolan zaman cərəyan qəbulu özü dayanır.

Nubar Süleymanova, “İki sahil”