Koronavirusa qarşı vaksin etdirən şəxslərə günəş altında çox qalmaq, xüsusilə günəş şüalarının intensiv olduğu saatlarda çölə çıxmaq məsləhət görülmür. Bu, allergik reaksiyalara səbəb ola bilər. “Yay fəslində birbaşa günəş şüaları altında uzun müddət qalmaq sağlam insanlar üçün də təhlükəlidir, ultrabənövşəyi şüalar yanıqlara və böyük həcmdə histamin hasilinə səbəb olur və bu zaman allergik reaksiyalar baş verir”,-deyə rusiyalı ekspert Sergey Puryasev bildirib. O, qeyd edib ki, peyvəndə qarşı bədənin reaksiyası düzgün baş versin deyə, peyvəndin hər iki dozasından sonra, orqanizmdə antitellər yarananadək günəşin zərərli şüalarından mütləq qorunmaq lazımdır.
Nubar Süleymanova, “İki sahil”