01 iyul 2021 13:50
1297

Dünyanın ən maraqlı hovuzları - FOTO

Yay dedikdə ağla gələn istirahət növündən  biri də hovuzdur. Dəniz duzunu sevməyən bəzi insanlar əsasən hovuza üstünlük verirlər. Belə olan halda turizm mütəxəssisləri ziyarətçiləri daha maraqlı hovuzlarla cəlb etməyə çalışırlar. Bu hovuzlardan biri hətta Ginness Rekordlar Kitabına düşüb.

“İki sahil” dünyanın hər yerindən maraqlı hovuzları oxucularına təqdim edir.

Sidneydə olan 100 ildən çox iz qoyan Bondi Icebergsidir.

Çili sahilində yerləşən San Alfonso Del Mar, dünyanın ən böyük hovuzuna və 250 milyon litr su həcminə malikdir.

Ən luks hovuzlardan biri Sinqapurun Marina Bay Sands hovuzudur. 57-ci mərtəbədə yerləşən hovuz şəhər mənzərəsini görməyə imkan yaradır.

Yunanıstandakı Perivolas hovuzu, ada qayalıqları üzərində tikilib və gözəl panoramaya malikdir.

Hindistandakı Oberoi ənənəvi memarlıq üslubu ilə dizayn edilib.Bu hovuzdan Rajasthani Mevari Sarayına baxaraq üzməkdən həzz ala bilərsiniz.

Balinin uzaq bir hissəsində gizli bir xəzinə kimi görünən bu hovuzun adı Hanging Gardendir. Yaşıllıqla əhatə olunmuş bu hovuz Hindu məbədinin qarşısındadır.

Dünyanın ən hündür açıq hovuzu olan Dubaydakı Address Beach Resort Ginnessin Rekordlar Kitabına düşüb.

Taylandakı Koh Samui hovuzu maraqlı rəngini qırmızı plitələrdən alır.

Şanxayın ortasında, 24-cü mərtəbədəki “Holiday Inn” hovuzundan aşağıya baxa bilərsiniz.

Vüsal Cahanov, “İki sahil”