Dünyanın ən dərin metro stansiyası 1960-cı ildə yerdən 105.5 metr dərinlikdə inşa edilən Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Arsenalna” Metro stansiyasıdır.
“İki sahil” xəbər verir ki, ölkənin paytaxtı Kiev bir çox tarixi binaları ilə yanaşı, dünyanın ən dərin metro stansiyasına da ev sahibliyi edir. Kiyevdən keçən Dnepr çayına yaxın dərin bir vadidə, Sviyantoşinsko - Bravarska qatar xətti üzərində tikilən metro stansiyasına iki mərhələli eskalatorla enmək mümkün olur. Stansiyadan hər gün bir çox insan istifadə edir. Stansiyadakı eskalatorlarda ara-sıra təmir işləri aparılır. Şəhərdə ən çox istifadə edilən nəqliyyat vasitəsi olan metro, Kiyevə gələn turistlərin də diqqətini çəkir.
Dünyanın ən dərin metro stansiyası adına sahib olan Arsenalna bu səbəbdən turistlərin də diqqət mərkəzində olur. Keçmiş Sovet İttifaqı dövründə inşa edilən Kiev metrosu o dövrdə ölkənin üçüncü ən köhnə metro şəbəkələrindən biri idi. Həmin dövr Sankt-Peterburq və Moskvadan sonra ən köhnə metro xətti Kievdə olub. 6 Noyabr 1960-cı ildə açılan metro o zamandan bu yana kievlilər üçün ən vacib nəqliyyat vasitəsidir.
Qeyd edək ki, başda bu metro stansiya olmaqla 50 stansiyası olan Kiev metrosu 60 illik tarixə malikdir. Gündə 1.400.000 sərnişin daşıyan bu tarixi metro üç xəttdən ibarətdir. Başqa sözlə, insanların təxminən yarısı bu metrodan istifadə edir. Metropolitenin ümumi uzunluğu 67 kilometrdir.
Vüsal Cahanov, “İki sahil”