Elmi proqnoz: 2100-cü ildə insanlar 130 il yaşaya biləcəklər
“İki sahil” xəbər verir ki, belə bir qənaətə Vaşinqton Universitetinin mütəxəssisləri gəliblər. Elm adamları ümid edirlər ki, 2100-cü ildə orta ömür uzunluğu 126 və ya 130 ilə çatacaq. Bununla bağlı tədqiqatlar "Demographic Research" jurnalında dərc edilib.
Tədqiqatlara əsasən yaşlıların müqavimət səviyyəsində artım da müşahidə edilib. Mütəxəssislər, bu əsrdə insanların 126-130 il yaşamaq ehtimalının 99% olduğunu qeyd edirlər. Üstəlik, dünya sakinlərinin 13% -i 130 yaş məhdudiyyətini keçəcək.