05 iyul 2021 10:44
1168

ABŞ-da dünyanın ən böyük atəşfəşanlıq şousu keçirildi

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Müstəqillik Gününün 245-ci ildönümünü qeyd edilib.

“İki sahil” xəbər verir ki, pandemiya səbəbi ilə ötən il məhdud şəkildə təşkil olunan fişəng nümayişinə bu il milyonlarla insan qatılıb.

Paytaxt Vaşinqtonda və ətrafında yaşayan amerikalılar ABŞ Konqresi binasının, Vaşinqton və Linkoln abidəsinin olduğu geniş ərazidə toplaşıblar. Abidənin ətrafında başlayan və təxminən 20 dəqiqə davam edən atəşfəşanlıq izləyiciləri valeh edib.

Bayram üçün ənənəvi olaraq hər il təşkil olunan dünyanın ən böyük atəşfəşanlıq şousunun mərkəzi Nyu-Yorkun şərq çayının sahilləri olub. Nyu-Yorkun “Times” Meydanından başlayaraq şəhərin Kuins və Manhetten əyalətlərinin sahillərindən şərq çayı boyunca Bruklin və Manhetten körpüsünün ətrafında baş tutan rəngarəng atəşfəşanlıq şousu İmperiya Dövlət Binasında (Empire State Building) sona çatıb.

Yarım saat müddətində reallaşan möhtəşəm şou küçələrdə qoyulan nəhəng monitorlarda və yeri televiziya kanalları ilə canlı yayımlanıb.