05 iyul 2021 14:38
1268

Bu yerdə ancaq qadınlar yaşayır - FOTO

Dünyada fərqli yerlər və mədəniyyətlər olur. Hər mədəniyyət də öz ənənələrini yaşadır.

“İki sahil” xəbər verir ki, belə yerlərdən biri də İndoneziyadadır. Bura "qadın meşəsi" kimi tanınır və adından da göründüyü kimi, burada yalnız qadınlar yaşayır.

Meşədəki çaydan dəniz tarağı yığan, bir-birlərinə hekayələr söyləyərək həyatlarını sürən  qadınlar bu ənənənin çox uzun illər qorunduğunu söyləyirlər. BBC-yə danışan bölgə sakinlərindən Andreana Meroudji, buranın qanunlarının hiç dəyişmədiyini, bu yerin ancaq qadınlara ayrıldığını və müəyyən qaydaların olduğunu bildirir. İndiyə qədər kənardan heç kim  burada olmayıb. Bura nəsillər boyu qadınlar üçün çox vacib bir yer olub. Onlar burada özlərini sərbəst hiss etdiklərini söyləyirlər. Meşədə yaşayan qadınlar çılpaq gəzə bilirlər. Bir kişi səhvən də olsa meşəyə girərsə, qəbilə məhkəməsi tərəfindən cərimələnir.

Qadınlar bu meşədə bir araya gəlir, fikir mübadiləsi aparır, söhbət edir və birlikdə vaxt keçirirlər. Eyni zamanda taraq toplayaraq ən yaxın bazarda satırlar və bu yolla çörək pulu qazanırlar. Meşədə yaşayan qadınlar burada özlərini yaxşı hiss etdiklərini və burasız yaşaya bilməyəcəklərini söyləyirlər. Bir-birlərini heç vaxt tərk etməyəcəklərini vurğulayan qadınlar, meşənin onlar üçün çox xüsusi yer olduğunu deyirlər. Ancaq meşə son illər böyük təhlükə altındadır. İllərdir yaşadıqları və dolanışıqlarını təmin etdikləri bu yer indi əvvəlkindən daha kiçik və çirklidir. Kənardan meşəyə sürüşən zibil və çayın çirklənməsi qorxulu həddə çatıb. Burada yaşayan qadınlar əvvəllər qayıqlarını yarım saat ərzində taraqla doldura bilirdilərsə, indi midyələrdən çox plastik topladıqlarını və bunun çox üzücü olduğunu deyirlər. Əvvəllər təmiz olan suların mövcud görünüşü qadınları narahat edir. Şəhər zibilləri yağış suları ilə çaylara və okeanlara qarışır və bu da dəniz həyatına çox təsir edir.

Vüsal Cahanov, “İki sahil”