09 iyul 2021 15:32
1811

 İçərisi mənfi 5, çölü 40 dərəcə isti FOTO

Havanın istiliyin 40 dərəcəyə çatdığı Antalyada insanlar çimərliklərə axın edirlər. Digərləri isə Antalya Akvariumda xüsusi hazırlanmış qar dünyasında mənfi 5 dərəcədə qartopu oynayıb buzda sürüşürlər.

Turizm şəhərindəki isti hava insan  həyatına mənfi təsir göstərir. Yerli və xarici turistlər dənizdə və hovuzlarda üzərək sərinləməyə çalışırlar. Boğucu istidən əyləncə axtaranlar,  dəniz və su parkları ilə kifayətlənməyənlər Antalya Akvariumdakı xüsusi hazırlanmış qar dünyasında sərinləməyi üstün tuturlar.

“İki sahil” xəbər verir ki, mənfi 5 dərəcədə xüsusi paltolarla qar otağına girənlər qartopu oynayır və buz heykəllərinin yanında şəkil çəkdirərək sosial media hesablarında paylaşırlar.

Tətilə ailəsi ilə birlikdə Konyadan gələn Osman Olgun "Çöldə 40 dərəcə istidir, biz isə burada mənfi 5 dərəcədə  buzda sürüşməkdən həzz alırıq. Uşaqlarımla gəldim. Onlar əylənərkən mən də  buz heykəllərini araşdırdım” deyə bildirib.

Osman Olgunun qızı Ayşe Olgun da çöldə çox istinin olduğunu deyərək “Burada üşüdüm. Amma çox əylənirəm. Yayın ortalarında buzda sürüşməkdən zövq aldım" bildirib.

Fəsildən asılı olmayaraq soyuğun mənfi 5 dərəcə olduğunu deyən işlər müdiri Murat Selek "Burada çöldəki istini hiss etmək mümkün deyil. Turistlərə içəri girmədən öncə xüsusi  palto veririk. Buradakı  buz heykəlləri çox maraqlıdır. Qışda dağlarda xizək sürənlər yayda burada sürüşərək əylənirlər" ifadələrini əlavə edib.

Vüsal Cahanov, “İki sahil”