"Tesla Motors"un baş direktoru, "SpaceX" şirkətinin qurucusu, məşhur milyarder İlon Mask kosmik sənaye ilə bağlı daha bir mühüm yeniliyi təqdim edib.
"İki sahil" xəbər verir ki, o "Falcon" raket-daşıyıcıları üçün nəzərdə tutulmuş yeni üzən platformanı təqdim edib.
"A Shortfall of Gravitas" adlanan bu üzən platformadan "SpaceX" aerokosmik kompaniyası yararlanacaq. Şirkət "Falcon 9"-un enişi üçün məhz bu yeni platformanı sınaqdan keçirəcək.