10 iyul 2021 13:31
1199

Rusiyadan maraqlı təklif:  Marsda AES qurulur

"Roskosmos"un mütəxəssisləri gələcəkdə Mars planetində Atom Elektrik Stansiyası(AES) qurmağı təklif ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, AES qırmızı planetdə yaradılacaq rus bazasını, ümumilikdə burada mövcud olacaq infrastrukturu elektrik enerjisi ilə təmin edəcək. Mars AES-nin "Zevs" nüvə yedəyinin bir hissəsi olaraq hələlik insan ayağı dəyməyən bu planetin orbitinə çatdırılması nəzərdə tutulur. Orbitə daxil olandan sonra isə bu mühüm yük paraşütlə Marsın səthinə endiriləcək. Eniş uğurlu başa çatarsa, AES-in aktivləşdirilməsi və Mars bazasının enerji təchizatı reallaşdırılacaq.

Qeyd edək ki, son illər Mars planeti super dövlətlərin "yarış meydançası"na çevrilib. ABŞ, Çin, Yaponiya, Rusiya hətta Hindistan və BƏƏ belə bu planetə müxtəlif missiyalı aparatlar göndərir.