12 iyul 2021 08:29
1037

Super Mario 64 oyun kartrici hərracda rekord məbləğinə satılıb

Yaponiyanın "Nintendo" şirkətinin Super Mario 64 video oyun kartrici ABŞ-ın "Heritage Auctions" hərracında 1,56 milyon dollara satılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ticarət evi "Tvitter"də yazıb.

Ticarətin nəticəsi video oyunlar üçün rekod sayılır. Super Mario 64 oyunu iyulun 9-da 870 min dollara hərraca qoyulmuş "The Legend of Zelda" ("Zelda haqqına əfsanə") oyunun rekordunu qırıb.