12 iyul 2021 18:21
1158

Kanada meşəsində ekoloji otel

Kanadanın “Aruliden” dizayn agentliyi maraqlı ekoloji otel layihəsini təqdim ediblər.

“İki sahil” xəbər verir ki, layihə Kanadanın Toronto şəhərindən şimalda Ontario meşəsində reallaşacaq.

Sahəsi 25,5 kvadratmetr olan otel qonaqları təbiətlə qovuşduracaq. Meşə evinə bənzər otelin inşasında cilalanmış paslanmayan poladdan və güzgülərdən istifadə olunub. Eko-otelin qonaqları üçün sauna və yapon təcrübəsinə əsaslanan terapiya, aktiv istirahəti seçənlər üçün isə meşə boyu 15 kilometrlik ekskursiya planlaşdırılır.

Burada insanların rahat yaşayışını təmin etmək üçün enerji texnologiyalarının tətbiqi nəzərdə tutulur. Hər otaqda su toplama və təmizləyici sistemlərin, eləcə də kanalizasiya sistemlərinin quraşdırılması planlaşdırılır.