14 iyul 2021 15:27
1280

Qayalar altında qəsəbə- Monsanto/FOTO

Monsanto Portuqaliyanın qeydə alınmış 12 tarixi qəsəbələrindən biridir. Ölkənin tarixi kimliyini və memarlığını əks etdirən bu  qəsəbə qayaların altında inşa edilmiş tarixi yaşayış yeri kimi diqqət çəkir. Təxminən 900 nəfərin yaşadığı İspaniyaya yaxın hissədə yerləşən Monsanto Portuqaliya mədəniyyətini ən yaxşı əks etdirən yerlərdən biri hesab olunur. Tarixi binaları, orta əsrlərə aid keçmişi və coğrafiyası ilə seçilən qəsəbə, eyni zamanda Portuqaliyanın ən tanınan turizm  yerlərindən biridir. Çətin bir ərazidə qurulmuş bu tarixi qəsəbənin maraqlı bir cəhət də var.

Qayalıq bir ərazidə yerləşən Monsantoda bir çox ev  qayaların altında və ya onların içi oyularaq tikilib.

İspaniyanın Setenil- de- las- Bodeqas qəsəbəsi ilə müqayisə edilən Portuqaliyanın bu tarixi qəsəbəsindəki evlər qranit qayalar altında yerləşir.

Dar küçələri və tarixi evləri ilə 500 illik tarixi olan qəsəbədə  zamanla səyahətə çıxmaq mümkündür. Yaxşı qorunub saxlanılan qəsəbə bu baxımdan da heyranlıq doğurur.Həmçinin də dik küçələrə sahib olan qəsəbədə ən yaxşı nəqliyyat üsulu ayaqlarınızı istifadə etməkdir. Avtomobillərin istifadəsi üçün çox uyğun olmayan Monsanto küçələri, dik yoxuşlarına  görə hazır olmayan velosipedçilər üçün də çətinlik yaradır. Bir vaxtlar cəngavərlərin yeri  olan qəsəbə ərəblər tərəfindən də idarə edilib. Turizmlə yanaşı heyvandarlıq da Monsantonun vacib gəlir mənbələrindən biridir. Burada yetişdirilən heyvanlar, eyni insanlar yaşadığı kimi, oyulmuş qayaların içindəki axurlarda saxlanılır.

Hər il may ayında təşkil edilən xristianlıq və paqan ənənələrinin qarışığı olan Festa da Divina Santa Cruz da Monsanto festivalında  qəsəbədə yaşayan qadınlar bölgəyə xas olan məşhur üzsüz kuklaları əlləri ilə düzəldib satırlar.

Vüsal Cahanov, “İki sahil”