17 iyul 2021 16:52
1315

Heç bilirdinizmi ki?... - FOTO

Eyfel qülləsinin şəkillərini axşam çəkmək qadağan edilib

Eyfel qülləsinin şəkillərini bir xatirə olaraq çəkmək istəyirsinizsə, "SETE"dən yazılı icazə almalısınız. Qeyd edək ki, gecə vaxtı gizli şəkildə qüllənin şəklini çəkib sosial media səhifənizdə paylasanız, Fransa qanunlarını pozmuş olursunuz.

Uzun sözlərdən qorxu hippomonstrosquipedaliofobiya adlanır

Bu fobiya sahibinin həyatını əhəmiyyətli dərəcədə pisləşdirir. Beləliklə, bu tip fobiyadan əziyyət çəkən insanlar uzun sözlərdən istifadə etməməyə, lakonik, kiçik sözlərdən və ifadələrdən istifadə edərək fikirlərini  mümkün qədər qısa şəkildə ifadə etməyə çalışırlar.

"LEGO" dünyanın ən böyük təkər istehsalçısıdır

Heç bilirdinizmi ki, "LEGO" şirkəti dünyanın ən böyük təkər istehsalçısı kimi tanınır. Məsələn, 2011-ci ildə şirkət təxminən 318 milyon təkər istehsal edib. Qeyd edək ki, bu göstəricilər digər məşhur şirkətlər ilə müqayisədə, demək olar ki, 2 dəfə daha artıqdır ("Bridgestone" - 190 milyon ədəd, "Michelin" - 184 milyon, "Goodyear" - 181 milyon).  Lakin bu məsələ ilə bağlı maraqlı bir nüans var. Bütün "LEGO" təkərləri çox kiçikdir və konstruktordan hazırlanan avtomobillər və yük maşınları üçün hazırlanır.

Ördəkburunluların məmələri olmur

Bu səbəbdən dişi ördək burunluların südü qarında yerləşən genişlənmiş məsamələrdə əmələ gəlir. Süd ananın qarnından axaraq, xüsusi yivlərdə toplanır.  Həmin anda heyvana  kənardan baxsanız, onun tərlədiyini düşünə bilərsiniz.

Bir vaza suya 1 mq "Viagra" əlavə etsəniz, çiçəkləriniz iki həftəyə qədər solmayacaq

Bu bir zarafat kimi səslənsə də, lakin bu, həqiqətdir. İsrail və Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, suyun içində həll olunan "Viagra" dərmanın kiçik konsentrasiyası kəsilmiş çiçəklərin saxlama müddətini iki dəfə daha artırır.

Yerkökü dərinizin rəngini dəyişə bilər

Bir neçə həftə ərzində hər gün 3 böyük yerkökü yesəniz qanınızda beta-karotin (sarı-narıncı piqment) səviyyəsi artacaq. Bu səbəbdən dəri rənginiz bir az dəyişə bilər.  Dəqiq desək ,dərinin sarımtıl olması daha çox əl və ayaq altı nahiyələrdə özünü büruzə verir.

McDonald's şirkəti "Happy Meal" məhsulu ilə dünyanın ən böyük oyuncaq distribüuteridir.

Bütün dünyada məşhurlaşan "Happy Meal"məhsulu qida sifarişlərinin təxminən 20% -ni təşkil edir. Üstəlik bu məhsul həm böyüklər, həm də uşaqlar tərəfindən sifariş edilir.

Fillər tərəfindən yerinə yetirilən qeyri-adi bir mərasim

Sen demə, fillərin dəstəsinin bir üzvü öləndə onlar həmin cansız bədənin üzərinə  yarpaq və torpaq ataraq onu tamamilə örtməyə çalışaraq bir növ qəbir yaradırlar.

"Şauşenqdən qaçış" filmi haqqında maraqlı məlumatlar

10 ilə yaxındır ki, "250 ən yaxşı film" siyahısında ilk yerləri tutan "Şauşenqdən qaçış" filmi ("IMDb"yə və "Kino poisk" s görə)   "Oscar"  mükafatına 7 dəfə namizəd göstərilməsinə baxmayaraq , onu əldə edə bilmədi

Maraqlı faktlardan biri də odur ki, sen demə il ərzində "IKEA" kataloqu İncildən daha çox çap olunur

Su və talanı qarışdırıb dondursanız, onda qeyri-adi bir buz parçası əldə edə bilərsiniz.

Üstəlik, bu buz parçası möhkəmliyi və digər xüsusiyyətləri baxımından betonla müqayisə edilə bilər. Yeri gəlmişkən, bu tip buzların adı " pykerite"dir.

Coğrafi olaraq, ABŞ-ın Vircinia əyalətinin bir hissəsi bütün "West Vircinia" əyalətinin qərbində yerləşir.

Qəribə səslənsədə, lakin ABŞ-ın bir çox əyalətində hələ də yetkinlik yaşına çatmayan bir şəxslə qanuni olaraq evlənmək mümkündür.

Sen demə timsahlar da ağaca çıxa bilirlər

Məşhur zooloqlardan ibarət olan bir qrupun araşdırmaları nəticəsində müəyyən olub ki, sürünənlər, xüsusilə də timsahlar 1 × 4 metr hündürlüyə dırmaşa bilərlər. Üstəlik, timsahın yaşı nə qədər azdırsa, dırmaşma bacarığı bir o qədər də yaxşıdır.

Son illər ərzində artıq sübüt olunub ki, üzüm, pomidor, papaya, nar, xurma, guava, avokado və hətta banan giləmeyvələrdir.

Bəzi şərtlərdə isti su soyuq sudan daha sürətlə donur

Bu fenomen "Mpemba" effekti olaraq tanınmaqdadır. Qeyd edək ki, alimlər bu hadisənin niyə baş verdiyi hələ də tamamilə araşdıra bilməyiblər. Həmin effektin adı Tanzaniyadan olan məktəbli Erasto Mpemba ilə bağlıdır.  O,  1960-cı illərdə bir məktəb laboratoriyasında apardığı araşdırmalar  əsnasında dondurmanın qızdırıldığı təqdirdə dondurucuda daha sürətli donacağını sübut etmişdir.

Hepardlar möhkəm nərildiyə bilmirlər. Onlar ancaq quşlar kimi cingildəyə  və ya  hətta itlər kimi hürə bilirlər.

Samirə Tağıyeva, "İki sahil"