koronavirusdan sonra saç tökülməsi 3 ay davam edə bilər.
"İki sahil" xəbər verir ki, bunu dermatoloq, trixoloq İrina Kotova deyib.
O bildirib ki, saçlar COVID-19-dan 3 ay sonra bərpa olunmağa başlayır: “Hər şey xəstəliyin şiddətindən və bədənin ilkin vəziyyətindən asılıdır. Koronavirusun yaratdığı saç tökülməsi öz-özünə sona çatır. Xəstəlikdən sonra saç tökülməsi daha da kəskinləşir, lakin ümumiyyətlə 3, ən çoxu 4 ay davam edir və sonra saç müalicə olunmadan yavaş-yavaş bərpa olunur”.
Mütəxəssislər saçların xəstəlikdən dərhal sonra yox, 1-2 aydan sonra tökülməyə başladığını qeyd edirlər. Saç tökülməsi həm stress, həm də anti-koronavirus dərmanlarının mənfi təsirləri ilə əlaqələndirilir.