21 iyul 2021 15:45
1773

Tarixdə verilən ən gülməli - 7 cəza/FOTO

Ölkələrdə tətbiq olunan cəzalar bəzən gülüş obyektinə çevrilir. “İki sahil”  tarixdə baş verən bəzi gülməli cəzaları oxucalarına təqdim edir.

Sənət əsərinin park edilməsi cəzası

Almaniyada yaşayan bir avstriyalı sənətçi köhnə model qırmızı Mercedes mikroavtobusu şəhərin 300 illik yubileyi üçün maraqlı bir əsərə çevirdikdən sonra yol polisi tərəfindən 30 avro cərimə edilib. Cəzanın səbəbi sənət əsərinin park edilməməli bir yerə qoyulmasıdır.

Qonşuya getməmə cəzası

Enerji oğurladığı bildirilən qadına məhkəmə tərəfindən 6 ay qonşuya getməməsi barədə hökm verilib.

At arabası cəzası

Türkiyənin Ərzurum şəhərində  gecə at arabası ilə oğurluq etdiyinə görə adama məhkəmə tərəfindən 3 ay 26 gün at arabası sürməmək cəzası verilib.

Toylara getməmə cəzası

Möhürlənmiş elektrik saatını açdığı  üçün ittiham  olunan 77 yaşlı qadına beş ay toylara getməmə cəzası təyin edilib.

Tövləyə girməmə cəzası

Türkiyənin Kayseri şəhərində  oğurluq etdiyi üçün ittiham olunan bir gəncə 1 il yaşadığı rayonda tövləyə girməmək cəzası verilib.

Xizək sürməyə qadağa qoyulub

Ərzurumda Palandökendə polisə qarşı vəzifəsini yerinə yetirməmək üçün müqavimət göstərən şəxsə məhkəmə tərəfindən 3 ay müddətinə xizək sürməsinə qadağa qoyulub.

İtə verilən cəza

Sivasda Suşehrində yaşayan iki qonşunun bir-birinə dava açması nəticəsində məhkəmə Duman adlı itə 1 il bağlı qalma və sahibinə 100 gün həbs cəzası verib.

Vüsal Cahanov, “İki sahil”