21 iyul 2021 20:02
697

Kanada hava şarı ilə kosmik teleskop yola salacaq

Kanadanın bir neçə universiteti Kanada Kosmik Agentliyi və NASA ilə birgə hava şarı vasitəsilə kosmik teleskopun göndərilməsini planlaşdırır.

“İki sahil” xəbər verir ki, "SuperBIT" teleskopu Yerin stratosfer qatında yerləşdiriləcək.

Teleskopun buraxılışı üçün heliumlu hava şarından istifadə olunacaq.

Uçuşun 2022-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Teleskopun 40 kilometr hündürlükdə müşahidələr aparması nəzərdə tutulur.