Dünyada orqan transplantasiyası yolu ilə bir çox insanın həyatını xilas etmək mümkündür.Bu yazıda sizi təəccübləndirə biləcək ən inanılmaz orqan transplantasiyaları haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Qol transplantasiyası
2010-cu ildə çinli həkimlər bir yeniliyə imza atdılar. Demək olar ki, 9 yaşlı qız Ming Linin xilas etmək üçün onlar əllərindən gələn hər şeyi etdilər.
Qeyd edək ki, həmin qızcığaz Çin əyalətlərinin birində traktor vurmuşdu. Qəza nəticəsində Ming Lin çoxsaylı xəsarətlər alaraq qolunu itirmişdi. Balaca qız çox qan itirdiyinə görə, həkimlər dərhal müdaxilə edərək qolunu yerinə tikə bilməmişdilər. Lakin qızcığazın şikəst qalmaması üçün həkimlər başqa bir çıxış yolu tapmışdılar. Onlar qızın qolunu ayağına tikmişdilər. Bu qəribə alternativ seçim hər kəsi təəcübləndirsə də , Ming Ling üçün bir şans oldu. Üç ay sonra qəzadan sonra bərpa olunan qızcığazın qolu həkimlər tərəfindən yenidən transplantasiya edildi.
İki dəfə keçirilən ürək transplantasiyası
Dünyada hər il təxminən 3500 ürək transplantasiyası həyata keçirilir ki, bunların da yarısından çoxu ABŞ-dadır. Əməliyyat sonrası sağ qalma dövrləri ortalama 15 ildir.Ürək transplantasiyası ürək xəstəliklərinin müalicəsi hesab edilmir. Dəqiqliyi ilə desək , daha çox bir xəstə üçün həyat keyfiyyətini və müddətini yaxşılaşdırmaq üçün nəzərdə tutulan bir həyat qurtaran bir müalicədir. Adətən ürək transplantasiyası bir dəfə keçirilsə də istisnalar da olur. Məsələn, Amerikalı Debbi Vard ağır ürək çatışmamazlığında əziyyət çəkdiyi üçün məhz buna görə iki dəfə həmin çətin əməliyyatı keçirtmişdir. İlk dəfə Debbi 1,5 olanda olanda ürəyinin qapaqlarından birində problem yarandığına görə,həmin klapan yenisi ilə əvəz olunmuşdu. Lakin buna baxmayaraq, 10 yaşı Debbinin ürəyi ilə bağlı problemləri yenidən onu narahat etməyə başlayır. Şiddətli sinə ağrılarında şikayət edən qızcığaza kəskin bir diaqnoz qoyulur. Sən demə, onun ürəyində qan düzgün dövran etmədiyinə görə damar tıxamasına səbəb olub. Nəticədə həkimlər Debbinin həyatını xilas etmək üçün yenidən qapaq transplantasiyasına qərar verirlər. Ürək nahiyəsində ikincə dəfə keçirilən bu ağır əməliyyat uğurla başa çatır.
Böyrək transplantasiyası
Amerikada keçirilən orqan köçürülmələri arasında böyrək transplantasiyası ən populyar əməliyyatlardan biridir. Bu cür əməliyyatlar xüsusilə çətiindir, çünki bu əməliyyatdan artıq iki insanın həyatı aslıdır . ABŞ-ın İllinoys ştatının Evanston şəhərində çox təsirli bir hadisə baş vermişdi. Şəhər sakinlərindən biri Dan Koyn böyrəyini 19 ildir alış-veriş etdiyi bir marketdə kassir işləyən bir qadına bağışlamışdı. Mari de la Veganın böyrək transplantasiyası etdirmək üçün imkanı olmadığından, qadın uzun illər ərzində dializ prosedurlarına getməyə məcbur idi. 2010-cu ildə həkimlər Danın böyrəyini Mariya köçürdürlər və həmin əməliyyat uğurla başa çatdı. Dan Koynun etdiyi bu təsirli addımından sonra onun oxuduğu məktəbdə 23 mart "Coyne Day" (yanı Koynun qünü) kimi qeyd edilir.
İlk ürək transplantasiyası
Dünyada ilk ürək transplantasiyası 3 dekabr 1967-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda cərrah Kristian Barnard tərəfindən həyata keçirilib. Əməliyyat prosesində ürək çatışmazlığından əziyyət çəkən 53 yaşlı Lüis Vaşkanskiyə avtomobil qəzasına düşən 25 yaşlı qadın Denis Darvalın ürəyi köçürülüb. Əməliyyat uğurlu keçsə də L.Vaşkanski 18 gün sonra pnevmoniyadan həyatını itirib. Bununla belə, yaşadığı qısa müddətdə L.Vaşkanskinin ürəyi normal işləyib.
Qeyd edək ki, məhz 1970-ci illərdə ürək transplantasiyası sahəsində böyük uğurlar əldə olunub. Cərrah K.Barnardın da fəal iştirak etdiyi tədqiqatlarda yeni metodlar kəşf edilib. Həmin illərdə ürək köçürülən şəxslər əməliyyatdan sonra təqribən 5 il yaşayıblar.
Yumurtalığın transplantasiyası
İlk yumurtalıq transplantasiyasından artıq 14 il keçir. 2007-ci ildə doktor Şerman Silber Suzan Butçerə yumurtalıq köçürmüşdü. Suzan üçün donor onunla eyni yaşda -38 yaşında olan bacısı idi. Həmin əməliyyat təxminən 4,5 saat çəkdi. Sonsuzluqdan əziyyət çəkən qadın transplantasiyadan bir il sonra hamilə qaldı.
Balaca qıza köçürülən böyrək
Bu hadisə çoxsaylı tok-şoularda yayımlanaraq, məşhurlaşmışdı. Hekayənin qəhramanı olan Enton Levinin ailəsinin iki övladı var idi. Xoşbəxt ailənin səadətini üç yaşlı qızı Jadeyə qoyulan qorxun diaqnoz alt-üst etdi. Qızcığaz böyrək çatızmazlığından əziyyət çəkirdi. Ən qorxulusu isə odur ki, həmin diaqnoz bir il sonra ailənin beş yaşlı oğlu Kigana da qoyuldu. Sən demə, uşaqlar nadir genetik xəstəlikdən əziyyət çəkirdilər.Uşaqlarını xilas etmək üçün Enton Levi seçim qarşısında qalır.
Dörd aylıq müalicə kursu keçən atanın böyrəyi qızına uyğun gəldiyinə görə həmin əməliyyat nəticəsində balaca qızın həyatı xilas olunur. Lakin təəsüflər olsun ki, balaca Kigan transplantasiya üçün hələ də xəstəxanada öz növbəsini gözləyir. Azyaşlı bir neçə il ərzində dializə gedir.
Üz toxumalarının transplantasiyası
Üz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Jon Travolta və Nikolas Keycin baş rollarda olduğu "Üzsüz" filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmur, eləcə də üz cərrahi müdaxilədən sonra İnsanın üzünün transplantasiyası əməliyyatları hələlik nadir hallarda keçirilib."LANSET" tibbi jurnalında Fransa və Çində aparılmış bu cür əməliyyatların nəticələri təhlil olunub.
Qeyd edək ki, dünyada insan üzərində yalnız 3 sifət transplantansiyası əməliyyatları keçirilib. Tibb jurnalındakı elmi məqlədə həmin cərrahiyyə əməliyyatlarından yalnız 2 -nin nəticələri təhlil edilib.Əməliyyatlardan biri Çində, ayının hücumuna məruz qalmış fermerın üzündə aparılmışdı. Digər əməliyyat Fransada, üzündə irihəcmli şiş olan bir kişinin sifətində keçirilib. Təəsüf ki alınan nəticələr kinolardakı kimi mükəmməl görünmür.
Dil transplantasiyası
İnformasiya kanallarının yaydığı məlumata görə, 2003-ci ildə Avstriya cərrahları dünya təcrübəsində ilk dəfə olaraq insan dilini transplantasiya etmişlər. Donor dili Vyana şəhər xəstəxanasında ağız boşluğundakı bədxassəli şişdən əziyyət çəkən 42 yaşlı xəstəyə köçürülmüşdür. Cərrahiyyə əməliyyatı professor Frans Vatsingerin və baş həkim Kristian Kermerin rəhbərliyi ilə bir qrup cərrah tərəfindən aparılmışdır. Həkimlərin dediyinə görə, xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Xəstə ona təklif edilmiş müalicə variantları arasından transplantasiyanı özü seçmişdir. Xərçəng şişinin kəsilib götürülməsi və dilin köçürülməsi əməliyyatı 14 saat davam etmişdir. Əməliyyatdan sonrakı reabilitasiyanın ilkin mərhələsində hər hansı bir fəsadın olmaması həkimlərə ümid verir ki, xəstə "özgə" dili ilə sərbəst danışa biləcəkdir.
Cinsi orqan transplantasiyası
lk belə prosedur 2006-cı ilin Guangzouda (Çin) yerləşən bir hərbi xəstəxanada edilmişdi. Xəstə- 44 yaşlı bir kişi bir qəzada cinsi orqanının bir çox hissəsini itirmişdi. Həmin xəstəyə nəql olunmuş cinsi orqan beyni ölmüş 22 yaşlı cavan oğlana aid idi. Həmin əməliyyat uğurlu olsa da əməliyyatdan sonra psixoloji travma alan xəstə 15 gün sonra həmin cinsi orqandan imtina edərək yenidən əməlliyat olundu.
Samirə Tağıyeva, "İki sahil"