23 iyul 2021 15:53
1069

Pul qoxusu verən şamlar satışa çıxarılıb

"Hypebeast" portalının yaydığı məluma görə, İngiltərədə yerli " Flaming Crap"adlı şam markası tərəfindən yeni, daha cəzbedici şamlar satışa çıxarılıb. Həmin şamların   adı " Smells Like Capitalism"(yeni kapitalizm kimi qoxan) kimi tərcümə olunur. Qeyd edək ki, pul qoxusu verən bu qeyri-adi şamlar yalnız məhdud sayda satışa çıxarılıb. Hər  şamın qiyməti təxminən 2021 funtdur. (təxminən 2774 dollar)

Yaradıcıların dediklərinə görə , həmin şamlar  pul  ilə dolu  dəri cüzdan kimi qoxur.

Samirə Tağıyeva, "İki sahil"