Portuqaliya yığmasının hücumçusu, "Yuventus"un oyunçusu Kriştinianu Ronaldo nişanlısı Corciniya Rodriqeslə çəkdirdiyi foto bir saat ərzində dörd milyon layk toplayıb.
“İki sahil” xəbər verir ki, bu fotolar idmançının instagram səhifəsində yerləşdirilib. Futbolçu modellə fotolarını dağ və dəniz fonunda çəkdirib. "Mənim gözəl kraliçam" deyə Ronaldu yazıb. Qeyd edək ki, Rodriqes Ronaldo ilə 2016-ci ildən tanışdır.