26 iyul 2021 16:25
1075

Təkcə qurmanlar bu yeməklərə pul xərcləyərlər - FOTO

Hamımız yemək yeməyi sevirik və bəzən yeni qidaları da sınaqdan keçirməyə çalışırıq. İstər ekzotik, istərsə də qəribə meyvələr və ya sağlam pəhriz yeməkləri olsun, yemək həmişə həyatda ən vacib prioritetlərdən biri olacaqdır. Lakin bu yazımızda dünyanın ən bahalı qidalarından hazırlanan  yeməklər haqqında  maraqlı məlumatları təqdim edirik.

"Matsutake" göbələyi

"Matsutake" və ya "matake"nin vətəni Yaponiyadır .Bu göbələk, həmçinin bir neçə Asiya ölkələrində yetişir . Son zamanlar böcəklər tərəfindən məhv edilən bu dəyərli göbələklərin sayı olduqca azalmışdır və demək olar ki, onların yer üzündən tamamilə yox olma ehtimalı çox böyükdür.

Aşpazlar onu parlaq, zəngin ədviyyatlara xas qoxusuna görə qiymətləndirir. Əsasən  Çin, Koreya və xüsusən də Yaponiyada bu göbələk delikates hesab olunur. Ona görə də bəzən onu yapon  trüfeli adlandırırlar. "Matsutake" adətən qrildə hazırlanır, öncədən isə soya sousunda yüngülcə basdırma olunur və süfrəyə düyü ilə təqdim olunur. Bu bahalı delikatesin  bir  porsiyası təxminən  1000 dollardır.

Yəhudi çörəyi - Beyql

Dünyanın ən bahalı yeməkləri siyahısının ikinci pilləsində Beyql çörəyi qərar tutur. Beyql  halqa şəklində hazırlanan xırçıltılı  və üz qabığı qızılı rəngdə olan ənənəvi yəhudi çörəyidir. Bu çörəyi yalnız   Nyu-Yorknun "Westin" hotelində işləyən  baş aşpaz Frenk Tujaq hazırlayır. Onun xüsusi resepti ilə hazırlanan Beyql içliyi kərə pendiri və İtaliyanın Alba  bölgəsindən olan ağ trüfel və qodji giləmeyvəsindən hazırlanmış jeledən ibarətdir, üzərinə isə zərif qızılı plastinkalar örtülür. Beyql istənilən vaxt otel nömrəsinə sifariş etmək və ya səhər yeməyi zamanı otelin barında sifariş etmək mümkündür. Bu neymətdən dadmaq istəsəniz, adətən  sifarişi 24 saat öncədən etməlisiniz. Qeyd edək ki, Beyql çörəyinin bir ədədi təxminən  1000 dollardır.  "Wagyu" (mal ətindən  steyk)

Bu steyki  bu qədər bahalı edən onun xüsusi "Wagyu" inəklərinin ətindən hazırlanmasıdır. Bu inəklərə ən bahalı pivə içizdirərək onları hətta massaj edirlər ki, ətləri zərif olsun. Nəticədə xüsusən də omeqa 3 yağları ilə zəngin bir məhsul alınır, bu isə orqanizm üçün çox faydalıdır. Bu bahalı steykin qiyməti təxminən  2800 dollardır.  Lakin qeyd etmək lazımdır ki, ifrat  dərəcədə bahalı olan bu steyk  çox yağlıdır. Bu da öz növbəsində  sağlamlıq üçün bir təhlükə ola bilsə də bir çox qurmanlar bunu gözə alırlar.

"Samundari Khazan"yeməyi

Bu yemək 3200 dollara başa gəldiyi üçün dünyanın ən bahalı yeməklərdən biri kimi tanınmaqdadır. Mumbayda "Slumdog Millionaire" ( Xarabalıqdan çıxmış milyonçu) filminin çıxışının şərəfinə hazırlanmış ziyafətdə qonaqlara təqdim olunmuşdu. Demək olar ki, dünyanın ən məçhur aşpazları bi yeməyi hazırlamaq üçün sanki  ən bahalı məhsulları bir yerdə  toplayaraq bir şedevr yaratdılar. " Samundari Khazan " yeməyi  ağ trüf, şotland xərçəngi, beluga kürüsü və xüsusi yemək zərdabından ibarətdir.

"Pizza Royal 007"

Domenico Kroll tərəfindən hazırlanan bu pizza dünyanın ən bahalı yeməkləri siyahısına daxildir. 4200 dollar qiyməti olan bu 30 santimetrlik  pizza konyak ilə marinad edilmiş xərçəng parçaları, şampan içərisinə batırılmış kürü və  Şotlandiyanın  somon balığından hazırlanır.  Əlavə edək ki, Jeyms Bondun şərəfinə adlanan dəyərli pizza adətən 24 karat olan qabda təqdim olunur.

"Densuke"qarpızı

Yəqin ki,  bahalı giləmeyvələr  haqqında çox eşitmisiniz, lakin  "Densuke" qarpızı bu yarışmada  asanlıqla qalib gələcək bir nemətdir. "Densuke"  Yaponiyanın Hokkaydo adasında böyüyən xüsusi bir qara qarpız növüdür. Bes görəsən o niyə bu qədər bahalıdır? Demək olar ki, il ərzində bu qarpız növündən  cəmi 65 ədəd yetışir. Dadı  adi qarpızdan dəfələrlə şirin olan "Densuke"nin qiyməti təxminən  6100 dollardır.

Kral yemişi (Yubari)

"Densuke"nin ən bahalı  giləmeyvə olduğunu düşünürsünüzsə, siz səhf edirsiniz, çünki "Yubari" yemişinin cütü təxminən  22,872 dollara başa gəlir. Yaponiyada yetişdirilən bu nadir məhsul iki müşk yemişinin hibrididir, parlaq narinci rəngli, sulu və şirin dadı vardır.  Adətən bu yemiş  növü ideal dairəvi formaya sahibdir.  Yaponiyada "Yubari" ni tez-tez bahalı hədiyyə kimi dəyərli qonaqlara bağışlayırlar.

"Almas" kürüsü

Londona səyahət etsəniz onda orada satılan dünyanın ən nadir və ən bahalı kürüsünü mütləq dadmalısınız. Bunun üçün  "Caviar House və Prunier"mağazazasına  müraciət edin

Bu kürü heç də qara kürü deyil, bu kürü almas adlanır, o, albinos-ağbalığın kürüsüdür və İrandan ixrac olunur. " Almas" xalis qızıldan olan balaca bankalarda satılır. Kürü dənələri fərqli rənglərdə solğun bozdan ağ rəngə qədər ola bilir. Dənələrin rəngi nə qədər açıq olarsa kürü bir o qədər bahadır. Bir porsun qiyməti 25 min – 35 min dollar  civarında dəyişir.

 Ağ trüfell

 Ağ trüfelin yetişməsi çox çətin olduğu üçün dünyanın ən bahalı yeməkləri sirasında on pillərdə yer alıb. Ağ trüfell ilə bağlı maraqlı məlumatlardan biri də odur ki, o, Hong Kong sərmayəçisi tərəfindən  160.000 dollara satın alınan ən bahalı  göbələklər sırasına daxil olub.

Samirə Tağıyeva, "İki sahil"