Bu yazımızda sizi dünyanın ən qeyri-adi rekordları ilə tanış edəcəyik.
Ən çox döyməsi olan kişi
Bu titulun sahibi Yeni Zelandiyada dünyaya gələn Laki Daymond Riçdir. O, rəqibi Tom Leopardı qabaqlayaraq "Dünyanın ən çox döyməsi olan insan" kimi "Ginnes Rekordlar Kitabı"na daxil olub. Demək olar ki, Lakinin bədəninin 99,9 faizi döymələnib. Laki bu işlə gənc yaşlarından maraqlanmağa başlayıb. İlk döyməsini 17 yaşında etdirib. O, uşaqlıqdan aborigen - maorilərin mədəniyyətinin vurğunu olub və çox guman ki, Lakinin döymələrə olan sevgisi də elə bundan doğub. Onun bütün bədəni müxtəlif rəngarənq rəsmlərlə bəzədilib. Həmin rəsmlərə görə Lakinin dərisi hətta göy rəngə çalır. Qeyd edək ki, bədənini "sənət əsəri”nə çevirən Laki həm də istedadlı jonqlyordur.Ümumiyyətlə, Laki bədəndə olan bütün bu dəyişikliklərə təxminən 1000 saatdan çox vaxt sərf edib.
Ən uzunsaçlı qız
17yaşlı Hindistan vətəndaşı Nilanşi Patel ən uzunsaçlı yeniyetmə kimi "Ginnesin Rekordlar Kitab"ına daxil olub.Gənc gözəl Hindistanın Gujarat şəhərində anadan olub və 6 yaşından bəri qıvrım olan saçlarını heç kəsməyib. Dəqiqliyi ilə desək, Nilanşinin rekordu 2018-ci ilin noyabrında qeydə alınıb. Onun saçlarının uzunluğu 190 santimetr təşkil edir.
Hindistanlı “Rapunzelə” bununla bağlı sertifikat təqdim ediblər.
Qızın dediyinə görə, saçını daramaq hər dəfə onun bir saatını alır. Nilanşi saçlarını həftədə bir dəfə yuyur.
Ən böyük diametrli hula (hula hoop) halqası
Bu hula halqasının diametri təxminən 5.188 metrdir. 2018-ci ilin noyabr ayında Las Vegasda Getti Kehayova bu hula halqasını fırladığı üçün "Ginnesin Rekordlar Kitab"ına daxil olmuşdu. Getti Kehayova bu bacarığı ilə peşəkar gimnastları kolgədə qoyur. Bacarıqlı Getti uzunluğu hətta 7,1 metr olan müxtəlif halqaları fırladaraq heç bir çətinlik çəkmir.Qeyd edək ki, Kehayovlar ailəsinin üzvləri bu qeyri-adi bacarıqlarına görə dəfələrlə "Ginnesin rekordlar kitabı”na düşüb.
Yeri gəlmişkən, onun qohumlarını bu nailiyyəti heç də təəccübləndirmədi, çünki sen demə qadın sirkdə böyümüşdü və uşaqlıqdan bəri hula halqalarını çox sevirdi.
Ən uzun burun
Dünyanın ən uzun burunlu adamı Türkiyədə yaşayır. 8,8 sm uzunluğundakı burunu ilə məşhur olan Artvinli Mehmet Özyurək 9 ildir "dünyanın ən uzun burunlu adamı" adını layiqincə daşımaqdadır.
Qarpızları budları ilə əzən qadın
Kiyevdə anadan lan Olga Lyaşchuk bir neçə saniyə ərzində üç qarpızı budları ilə əzə bilər. Dəqiqliyi ilə desək Olqanın iri giləmeyvələri əzmə prossesi 14,65 saniyə çəkir. Olqanın bu rekordu 2014-cü ildə Milanda qeydə alınmışdı və qadın "Ginnes Rekordlar Kitab"ına daxil olmuşdu.
Ən böyük transformerlər kolleksiyası
Manchesterdə yaşayan Luis Georg dünyanın ən böyük transformerlər kolleksiyasını toplamışdır. Onun kolleksiyasında təxminən 2111 transformer mövcuddur. Luis dediyinə görə, o, transformerləri 2011-ci ildən toplamağa başladı. Sen demə, Luis oğlu üçün hədiyyə olaraq aldığıı transformeri o qədər bəyənmişdi ki, artıq bu oyuncaqları toplamaq onun üçün bir hobbiyə çevrilmişdi.
Ən güclü rahib
Kevin planetin ən güclü rahibidir. O, bir neçə dəfə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Kevin 12 yaşından idmanla məşğul olub. Onun rekordları bütün dünyada məşhurdur. Rahib bütün qonorarları xeyriyyə fondlarına verir. İlk dəfə 57 ton çəkisi olan yük maşınını 30 metr dartıb aparıb. 2009-cu ildə isə 189 ton çəkisi, 8.8 metr uzunluğu olan təyyarəni dartıb. 2010-cu ildə isə rekordunu yeniləyərək 40 ton çəkisi olan rels üzərindəki evi 12 metr dartıb. 2011-ci ildə Kevin, həmçinin bir əli ilə yanğınsöndürən maşını 30 sm qaldırıb. Qeyri-adi gücə sahib olan rahib 22 qadını eyni vaxtda çiynində saxlayır.
Ən güclü qışqıran insan
Qəribə səslənsə də, lakin dünyada ən güclü qışqıra bilən insan Jill Dreykdir. Qeyd edək ki, onun qışqırığının gücü təxminən 129 desibeldir.
Ən varlı pişik
Bəzi insanların heyvanlara olan sevgisi sərhəd tanımır. Hətta bəzi insanlar öz sevimli heyvanlarına milyonlarla dollar vəsiyyət edir.
Tommazo adlı italyan pişik belə xoşbəxt heyvanlardan biridir. Bir neçə ay əvvəl italiyalı milyoner Mariya Assunta Romada vəfat etdikdən sonra onun 15.6 milyon dolları və 3 villası Tommazaya miras qalıb. Milyonerin heç bir qohumu və ya övladı olmadığından onun bütün sərvəti və daşınmaz əmlakı bir zamanlar küçədən tapdığı qara pişiyin olub.
Ən uzun papaq
Dünyanın ən uzun papağı təxminən 4.8 metr hündürlüyündədir. Silindrə bənzər bu papaq Odilon Ozare tərəfindən hazırlanıb . Dizaynerin sözlərinə görə, bu papaq öz sahibini daha əzəmətli və güclü göstərəcək.
Ayağı ilə oxu atan qadın
ABŞ-da anadan olan Brittani Uolş oxçuluq üzrə dünya rekordunu vurub, özü də bunu ayaqlarının köməyi ilə edib. Deyilənlərə görə bu xanımın ayaqları inanılmaz dərəcədə güclüdür və ox atdığı zaman heç də ayaqlarından zəif olmayan qolları üzərində dayanan Brittani böyük ustalıqla 12 metrdən artıq məsafədən birbaşa hədəfi vurur.
Ən böyük Ping Pong Raketi
Ən böyük stolüstü tennis raketinin hündürlüyü 3,5 metr, eni isə 2.02 metrdir. Çoxlarının marağına səbəb olan raket 2017-ci ildə "Ginnesin Rekordlar Kitab"ına daxil edilmişdir.
1 dəqiqədə ərzində ən böyük daşı qaldıran qadın
ABŞ-da 2017-ci ildə Mişel Kinney ən böyük daşı qaldırdığına görə bir rekorda imza ataraq "Ginnesin Rekordlar kitab"ına daxil olmuşdu. Yeri gəlmişkən, həmin daş 539,77 kiloqram idi. Ən maraqlısı isə odur ki, qadın bu idmançı qadın bu daşı cəmi bir dəqiqə ərzində qaldırmışdı.
Samirə Tağıyeva, "İki sahil"