28 iyul 2021 14:58
1819

Bilirsinizmi dünyanın ən möhkəm materialları hansılardır? - FOTO

Dünyanın ən möhkəm materialları haqqında topladığımız məlumatları təqdim edirik.

Qrafen

Siyahımızdakı ilk maddə aviasiya və avtomobil sənayesində geniş istifadə olunan bir materialdır.Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen Yer kürəsində ən möhkəm material hesab olunur. Bundan başqa, o elektrik cərəyanını keçirir və şəffaflığı ilə diqqəti çəkir. Şəffaflıq xüsusiyyətinə görə bir sıra materialların, məsələn, sensor displeylərin yaradılması üçün əvəzsizdir. Belə hesab edilir ki, tezliklə qrafen elektronika sənayesində geniş tətbiqinə başlanacaq.

 Qeyd edək ki, rus alimləri Konstantin Novselov və Andrey Qeym qrafenin yaradılması üçün apardıqları elmi işlərinə görə 2010-cu ildə Fizika sahəsində "Nobel" mükafatına layiq görülüblər. Əlavə edək ki, qrafen poladdan 200 qat daha  güclüdür. 

Karbon lif

Hərbi nəqliyyat vasitələri, raketlər və idman avtomobilləri üçün əla seçim olan karbon lif  sərtliyi və çox aşağı çəkisi ilə seçilən bir materialdır. Bu material əsasən təyyarə və kosmik aparatların hazırlanmasında geniş tətbiq olunur. Əsasəndə kosmosdan yerə qayıdan aparatların üz qabığı, raketlərin ucluqları, qanadların tilləri, əyləc diskləri və yüksək temperaturlu sobalarda izoləedici material kimi tətbiqni tapır.

  Həmçinin çox yüksək temperaturlara davam edə bilən karbon lifi  bir sıra müxtəlif  kimyəvi maddələrə də yüksək dərəcədə davamlıdır.

 Kevlar

Kevlar çox yüngül karbon mənşəli və çox güclü tekstil liflərindən ibarət bir materialdır. "DuPont "şirkəti tərəfindən 1965-ci ildə icad edilmiş patentli bir ticarət markasıdır. Kevlar bu gün zireh, möhkəm ip və odadavamlı qoruyucu geyim hazırlamaq üçün istifadə olunur. Kevlar, çox yüksək dartılma gərginliyinə dözə bilən liflərdən hazırlanmış bir filament (ip formasında) quruluşdur.  Xüsusilə bronjiletlərdə, zirehli dəbilqələrdə, paraşüt ipində, yol velosipedlərinin təkərlərində, fiber və ya data kabelləri üçün əlavə güc təmin edən ip və ya gəmiləri bağlamaq üçün istifadə edilən yüngül tros və kompozit konstruksiyalarla əmələ gətirilən lövhələr, borular və ya xüsusi nəqliyyat vasitələrinin gövdəsi və ya qanad konstruksiyalarının hazırlanmasında istifadə olunur. Kevlar  poladdan 5 qat daha güclüdür.

Almaz

Almaz saf karbondan meydana gələn bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir.

Qeyd edək ki, almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Onun əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır.Almaz çox nadir və eyni zamanda, çox geniş yayılmış mineraldır. Almaz istehsalı ilə məşğul olan istehsal sahələrinə Antarktidadan başqa hər yerdə rast gəlmək olur. Bir neçə min il əvvəl almazlar üzdə olan yataqlardan çıxarılırdı. Lakin  yalnız XIX əsrin sonunda almazın sənaye üsulu ilə çıxarılmasına başlanılır.

Almaz kristallik quruluşa mailkdir ,ona görə də dielektrikdir. Məsələn, mavi almazların bəzi xüsusi sinifləri  izolyatorlar və elektrik (yarımkeçiricilər) kimi yaxşı işləyir.

Şüşə lif

Bu sintetik material ilk dəfə 1930 -cu illərdə yaradılmışdır və karbon lifinə çox bənzəyir. Lakin onun  istehsalı karbon lifindən daha ucuzdur.Buna görə də bu material binaları izolyasiya etmək üçün tez-tez istifadə olunurdu.

Samirə Tağıyeva, "İki sahil"