28 iyul 2021 15:23
1538

Havası təmiz 10 Avropa şəhəri/FOTO

Pandemiya səbəbiylə bir ildən çoxdur ki, çölə çıxmaq qadağası və maska ​​tələbi bizə dərin nəfəs almağın nə qədər dəyərli olduğunu xatırlatdı. Ancaq havanın çirklənməsindən əziyyət çəkən şəhərlərdə yaşayanlar üçün təmiz hava pandemiyadan daha çox vacib görünür. Avropa Ətraf Mühit Agentliyinə (AEA) görə, havanın çirklənməsinə səbəb olan incə hissəcikli maddələr ürək-damar və tənəffüs yolu xəstəliklərinin yaranmasının başlıca səbəbidir. İqlim dəyişikliyinin və ətraf mühitin çirklənməsinin getdikcə artdığını nəzərə alsaq, təmiz havası olan yerlərə getmək istəyimizi hiss edirik. Lakin, təmiz hava almaq üçün okeanın ortasında boş bir adaya getməyə ehtiyac yoxdur. “İki sahil” Avropanın ən təmiz havası olan 10 şəhərini oxucularına təqdim edir:

Şakyay, Litva

Rusiyanın Kalininqrad şəhərinə yaxın Litvanın kiçik Şakyay şəhəri bu ölkənin ekoloji cəhətdən ən təmiz ərazilərindən birində yerləşir. Şəhərdə 7 milli qoruq var.

Korte, Korsika, Fransa

Fransanın Korsika adasının dağlıq hissəsində yerləşən Korte adanın qısa müstəqillik dövründə paytaxt idi. Kiçik qəsəbə olan Kortedə Restonika çayının keçidləri kəşf edilə bilər.

Nevşatel, İsveçrə

Nevşatel gölünün kənarında orta əsr şəhəri olan Nevşatel dağlarla əhatə olunub.

 Almeriya, İspaniya 

İspaniyanın ən günəşli şəhəri olaraq bilinən Almeriya Andalusiya bölgəsində yerləşir.

Umea, İsveç  

İsveçin şimalında böyük şəhər olan Umea Avropa Ətraf Mühit Agentliyinin 2019-cu və 2020-ci illərdəki məlumatlarına görə, Avropada ən təmiz havaya sahibdir.

 Kriff və Enniskillen, Birləşmiş Krallıq

Kriff və Enniskillen İngiltərənin təmiz hava deposu şəhərləridir.

Fundan, Portuqaliya

Fundan şəhəri Serra da Estrela və Serra da Malcata qoruqlarının arasında yerləşir.

 Vielsalm, Belçika

Ardennes bölgəsinin mərkəzində yerləşən Vielsalm meşələrlə örtülmüş bir şəhərdir.

Bodo, Norveç

Norveçin Bodo şəhəri sıx meşəli dağlarla Norveç dənizi arasında yerləşir.

 Muonio, Finlandiya  

Avropada havası ən təmiz yer Finlandiyanın Muonio şəhəridir. Bu şəhərin sirri Pallas-Yllastunturi Milli Parkı ilə əhatə olunmasıdır.

 Vüsal Cahanov, “İki sahil”