28 iyul 2021 18:24
1025

Tezliklə Riqada su taksiləri fəaliyyətə başlayacaq

Yaxın günlərdə Riqa sakinləri su taksilərinin xidmətindən yararlanmaq imkanı əldə edəcəklər. Su üzərində hərəkət edəcək taksilər Dauqava sahillərini birləşdirəcək və paytaxtda daha da canlanma yaradacaq.

“İki sahil” xəbər verir ki, bu barədə şəhərin layihəçisi, “MadCity Riga”nın təşkilatçısı Neyls Balqalis məlumat verib.

O, dövlət və özəl sektorun əməkdaşlığı sayəsində Riqadakı Dauqava sahilinin Şimali Avropanın ən gözəl sahillərindən birinə çevriləcəyinə ümid etdiyini söyləyib.

Memar Dina Suxanova da su nəqliyyatının inkişafı barədə düşünməyin vacib olduğunu, məsələn, Dauqava sahili boyunca “Bolt” taksilərinin fəaliyyət göstərməsinin yaxşı fikir olduğunu hesab edir.