30 iyul 2021 13:15
945

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə çinli Şiyan Xuyə qalib gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska bürünc medal qazanıb.