“Barselona”nın baş məşqçisi Hans Diter Flik PSJ (2:4) və “Real”a (1:2) məğlubiyyətlərdən sonra ünvanına səslənən tənqidlərə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis komandasının potensialına inandığını və uğursuz nəticələrin məqsədlərini dəyişmədiyini deyib:
"Məni bu tənqidlər təəccübləndirmir, reallıq belədir. Ambisiyalarımızı əməllərimizlə təsdiqləməliyik. Ən yaxşı oyunumuzu nümayiş etdirdik və özümüzü müdafiə etmək üçün heç bir səbəbimiz yoxdur. Nəticə fərqli də ola bilərdi. Amma biz “Real” və PSJ ilə eyni səviyyədəyik.
Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Məqsədlərimizə çatmaq, La Liqa və Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var. Potensialımıza və tarix yazmağa qadir olduğumuza inanıram. Məğlubiyyətlər heç nəyi dəyişməyib.
Futbolda məğlubiyyətlərə daha çox diqqət yetirilir, çünki onlar daha böyük maraq doğurur. Sizin yerinizdə olsaydım, mən də məğlubiyyətlərdən danışardım."
U-16 MİLLİLƏRİMİZ AVROPA ÇEMPİONATININ 1-Cİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ MÜBARİZƏ APARACAQLAR
Azərbaycan birinciliyinə qatılmaq istəyən komandalar üçün son qeydiyyat günləri