31 iyul 2021 05:16
2288

Fəthiyyədə də yanğın başladı FOTO/VİDEO

Türkiyənin Muğla vilayətinin Fəthiyyə rayonunda da meşə yanğını başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, rayonda meşəlik ərazidə başlayan yanğına hazırda müdaxilə edilir. Ölüdəniz məhəlləsi ətazisindəki yanğının səbəbi hələlik bilinmir.

Qeyd olunub ki, küləyin təsiri ilə yanğın qısa müddətdə geniş əraziyə yayılıb.