02 avqust 2021 16:31
1355

Sənət hara, biznes hara? - FOTO

Riz Viterspun

"Qanunda olan sarışın" filmində oynayan məşhur aktrisa Riz Viterspun kənardan şıltaq qızcığaza bənzəsə də, lakin yaratdığı obrazın tam əksinə olduqca uğurlu bir iş qadınıdı.  Riz Viterspun artıq 24 yaşında olarkən məşhur  "Type A Films" filmlərin  istehsalı ilə məşğul olan şirkəti qurdu. Demək olar ki, yeni yaranan  şirkətin fəaliyyəti çox uğurlu oldu. Qeyd edək ki, aktrisanın şirkəti əsasən   "Dörd Milad" və "Penelopa" kimi məşhur  filmlərin istehsalı və çəkilişi ilə məşhur oldu. 2012 -ci ildə Rizin şirkəti "Bruna Papandreya" şirkəti ilə birləşdi və yeni yaranan bu şirkətin adı  "Pacific Standard" oldu.

Məhz bu şirkətin istehsal etdiyi " Vəhşi " və " İtmiş qız " dedektiv trilleri  "Oskar" mükafatına layiq görüldü.  Şirkət, eyni zamanda "Böyük kiçik yalan" serialının çəkilişini gerçəkləşdirdi . 2016 -cı ildə tam bir iş qadınına çevrilən  Riz Viterspun yaratdığı  markanı "Hello Sunshine" multimedia şirkəti ilə birləşdirərək işini daha da genişləndirdi.  Riz Viterspun hətta bir necə dəfə uğurlu bir iş qadını adına layiq görülərək " Time" siyahısında da yer almışdı.

Jessica Alba

Məşhur aktrisa Jessika Alba tez-tez xeyriyyə tədbirlərində fəal iştirak edir və məhz  buna görə də onun ekoloji cəhətdən təmiz məhsulların istehsal ilə məşğul olması heç də təəccüblü deyil.  Jessica " The Honest Company"nin  15-20% səhmlərinə sahib olaraq şirkətin həmtəsisçisi oldu. 2012 -ci ildə o, həmçinin  bütün təbəqələrə  uyğun olan uşaq bezi istehsalı üçün bir fabrik açdı.  Uğurlu biznes ledi daha sonra körpə kosmetikası və ev üçün kimyavi maddələr  istehsal etməyə başladı.

Hazırda onun istehsal etdiyi  məhsullar yalnız onlayn mağazada deyil, həmçinin "Nordstrom"," Buy Baby", "Costco", "Target" və" Whole Foods" supermarketlərindən də almaq olar. 2021 -ci ilin nəticələrinə görə, Jessica Albanın  şirkətlərindən biri təxminən  1,45 milyard dollar qazanıb.

Sandra Bullok

"Oskar" mükafatına layıq görülən məşhur aktrisa Sandrok Ballok "Vanity Fair" qəzetinə verdiyi müsahibədə qeyd edib ki, o, bir yerdə durmağı sevən qadın  deyil. Sandra biznes ilə bağlı fikirlərini daima yeniləyərək, özünü inkşaf etdirir. Məşhurun sözlərinə görə, onun elə uşaqlıqdan dizayn və marketingə qarşı marağı olub.  Qeyd edək ki, məşhur aktrisa Texasda iki restoran açsa da, təəssüf  ki, bir müddət sonra onlardan  biri bağlanıb. Lakin ikincisi  hələ də fəalliyyət göstərməkdədir. Hal-hazırda restoranını genişlədən aktrisa,  çörək zavodu və çiçək dükanı da açıb. Əlavə edək ki, 57 yaşlı aktrisanın  ailəsi də Sandranın biznes layihələrində ona çox dəstək olurlar .Məsələn, məşhurun ​​bacısı Gezina onun restoranında administrator kimi çalışır və əsasəndə menyunun hazırlanması ilə məşğuldur.

Til Şvayqer

Til Şvayqer öz biznesinə sahib olan məşhurlar sırasına daxildir. 2016-ci ildə məşhur aktyor Hamburqda bir yer alaraq, orada sadə və  cana yaxın restoran açdı. Restoranın dizaynında sadə kənd tərzinə üstünlük verən aktyorun obyektində  200-ə  yaxın masa  var. Rahat tekstili və sadə üslubu ilə digərlərindən seçilən bu yerdə, həmçinin aktyorun ailəsinin çoxsaylı şəkilləri asılıb. Qeyd edək ki, Almaniyanın məşhur ulduzu həm də otel sahibidir. Baltik dənizinin mənzərəli sahillərində yerləşən"Barefoot"( Ayaqyalın) oteli onun çəkildiyi eyniadlı filmin şərəfinə adlandırılmışdı. Bu balaca oteldə cəmi 57 otaq var bə buradakı qiymətlər də Avropa standartlarına görə çox əlverişlidir. Burada qiymətlər təxminən 90-300 avro arasında dəyişir.

Elizabet Herli

 İngilis aktrisası Elizabet Herli  antik əşyaları çox sevir. " Kral ailəsinin üzvləri" serialının ulduzu Londonun Çelsi şəhərinin tarixi evlərində yerləşən otelinə küllü miqdarda  sərmayə qoyaraq onu bir saraya döndərdi. " 11 nömrəli Cadogan Garden Hotel" adlı bu otel, sanki Kraliça Viktoriyanın hakimiyyəti ilə bağlı xatirələri oyadır. Həmin otel ağır məxmər pərdələri, zərli çərçivələrdəki portretləri və güzgüləri, dar pilləkənləri və gizli otaqlari ilə hər kəsin marağına səbəb olur. Beş ulduzlu otelin qonaqlarına  ən yaxşı yataq dəstindən tutmuş ən yaxşı şərablara qədər hər şey təklif olunur. İdeal bədən quruluşuna sahib olan Elizabet  çimərlik geyimlərini də çox sevir. Məhz buna görə də, o "Elizabeth Hurley Beach" markasını icad edərək, müxtəlif çimərlik geyimləri və pareoları dizayn edir.

Jared Leto

Məşhur aktyor Jared Leto öz nümunəsi ilə  bir daha sübut etdi ki,   bacarıqlı  insan hər bir sahədə uğur qazana bilər. Qeyd edək ki, məşhur aktyor "startap" bazarına böyük diqqət yetirir və investisiyaları ilə həmin şirkətlərə dəstək olur. Beləliklə, "Uber" , " Slack" və "Snapchat " kimi layihələrin ayağa qalxmasında yardım edən  aktyorun  altıncı hissi onu heç  aldatmadı. Rusiyaya səfəri zamanı aktyor Sankt -Peterburqa səfər edərək "VKontakte" sosial şəbəkəsinin nümayəndələri ilə görüşüb. Bunu da əlavə edək ki, " İnstaqram"dakı pərəstişkarlarının şərhlərinə o,adətən özü  cavab verir.

Jared Letto, həmçinin "Gucci" Moda Evinin yaradıcı direktoru Alessandro Mişel ilə əməkdaşlıq edir. Jared Leto tərəfindən hazırlanan kostyumlar kolleksiyası  tanınmış modelyer tərəfindən çox bəyənilib. Bundan əlavə, aktyor tamaşalar və konsertlərin təşkili ilə məşğul olan "Möcüzələr ölkəsindəki macəralar"("Adventures in Wonderland")  şirkətinin sahibidir.

Sting

Dünya şöhrətli musiqiçinin sözlərinə görə, o acqarnına mahnılarını ifa edə bilmir. Ekoloji cəhətdən təmiz  və ləzzətli qidalara üstünlük verən Sting  1996 -cı ildə həyat yoldaşı Trudinin təkidi ilə  Avropanın ən mənzərəli yerlərindən birində - İtalyan Toskana bölgəsində  bir əmlak alır. Hal-hazırda Sting bir villanın  və daha 300 hektar üzüm bağı, zeytunluq və mənzərəli çəmənliklərin sahibidir. Qeyd edək ki,  bu yer Stingin ailə üçün doğma bir məkan oldu.  Uşaqlıqda bir fermada yaşayan Trudi  təmiz havadan zövq alır, müğənninin altı övladı  isə  şərabçılıqla  məşğul olur.

2007 -ci ildə Stingin hazırladığı xüsusi  şərablar ilk dəfə ABŞ və İngiltərədəki mağazalarda satışa çıxarıldı və peşəkarlar tərəfindən müsbət rəylər aldı. Müğənninin villasında şərabları dadmaqla yanaşı, yerli istehsal məhsulları - zeytun yağı, bal və salami kolbasasını ala biləcəyiniz bir mağaza da mövcuddur.

Samirə Tağıyeva, "İki sahil"