05 avqust 2021 17:49
1406

Tarix dərsliklərində oxumadığınızı indi oxuyun

Böyük London yanğınında yalnız 6 nəfər ölüb

1666 -cı il Böyük London yanğını.  Bir sobada başlayan bu yanğın bütün Londona böyük ziyan vurdu. Ancaq 13.500 -dən çox binanın dağıdılmasına və 80 min insanın məcburi təxliyəsinə baxmayaraq, xoşbəxtlikdən yalnız 6 londonlunun həyatını aldı.

Qədim Yunanıstanda maraqlı narkoz üsulu

Qədim Yunanıstanda tibbin inkişaf etmədiyi dövrdə narkoz əvəzinə elektrik skatı balığından istifadə edirdilər. Anesteziyanın olmadığı vaxtlarda əməliyyat və doğuş zamanı balıqdan keyidici kimi istifadə edirdilər. Balığın quyruğundakı elektrik cərəyanı ilə xəstəni şoka salıb, bayıltdıqdan sonra əməliyyata davam edərdilər.

Kleopatra misirli olmayıb

Tarix boyu söylənilən yalanlardan biri də Kleopatranın misirli olması olub. Əslində o, makedoniyalı Ptolemey sülaləsinə aid olub. Kleopatra ilə bağlı düzgün olmayan digər məlumatlardan biri də odur ki, bu xanım heç də gözəl bir qadın olmayıb və onun misilsiz gözəlliyi haqqında yayılan məlumatlar sadəcə bir mifdir.

Böyük İskəndər 70 -dən çox şəhərə öz adını vermişdi

İlk baxışdan qəribə görünsə də, unutmayaq ki, Böyük İskəndər Yer kürəsinin 5 milyon kvadrat kilometrdən çox hissəsini fəth edən bir insandır və o, bütün bunları 30 yaşına qədər edib.

Kələm şorabasının yaranmasının maraqlı tarixçəsi

Əslində kələm şorabasını bütün dünyaya Çinlilər tanıdıb. Çin səddi çəkilərkən Çinin ilk imperatoru Şi Huandi kələmi şərabda isladaraq qullara yedizdirməyi əmr etmişdi. İmperator bunun qullara güc və dözümlülük verəcəyini düşünmüşdü.

Albert Enşteyn İsrailin prezidenti olmaqdan imtina etdi

Eynşteyn İsrail vətəndaşı olmasa da, yəhudi idi. Alman əsilli bir fizikə prezidentlik kürsüsü  təklif edisə də, lakin o, 1952 -ci ildə bu təklifi  rədd edib. Onun sözlərinə görə, İsrail dövlətindən  gələn bu təklif onu  çox təsirləndirib və eyni zamanda,bu təklifi  qəbul edə bilmədiyi üçün  çox üzülüb. Enşteyn, həmçinin qeyd edib ki, o, həyatı  boyu obyektiv şeylərlə məşğul olub, buna görə də insanlarla ünsiyyət qurmaq və rəsmi funksiyaları yerinə yetirmək baxımdan onun nə qabiliyyəti, nədə ki  təcrübəsi var.

İslandiya tarixin ən qədim parlamentinə sahibdir

 İslandiyada 930-cu ildə yaranan "Althingi"adlı  parlament dünyanın ən qədim parlamenti adını qazandı.

7.62 mm -lik patron 130 il əvvəl yaradılıb

 Bu tip patronlar  "AK47"  avtomatlarında istifadə olunur. Qeyd edək ki,  bu patron 1891 -ci ildə Rusiya İmperiyası tərəfindən  əvvəlcə Mosin tüfəngi üçün hazırlanmışdı və hal-hazırda istifadə olunmaqdadır. Tarixdə ən çox yayılmış odlu silah patronlarından biridir.

Ümumdünya cazibə qanununun icadı ilə baglı səhv məlumat

Məşhur ingilis fiziki İsaak Nyutonun icad etdiyi cazibə qanununa görə,təbiətdə olan bütün cisimlər bir-birini qarşılıqlı olaraq cəzb edirlər. Lakin cazibə qanunu ilə bağlı uzun illər ərzində söylənilən və ən əsası düzgün olmayan bu məlumatı mütləq qeyd etmək lazımdır.  Deyilənlərə görə, məşhur fizikin  bu qanunu icad etməsinə yardımçı olan  başına düşən alma olub. Lakin bu məlumatlar doğru deyil. Əslində ağacın altında oturan fizikin alma başına deyil, sadəcə yanına düşərək parlaq bir fikrin yaranmasına səbəb olub.

Abraham Lincoln güləş üzrə  çempion olub

 Sen demə, Abraham Linkoln Amerikanın 16 -cı prezidenti olmamışdan əvvəl həvəskar  bir döyüşçü olub. Deyilənlərə görə o, 300 döyüşdən yalnız birində məğlub olub.

Tarixə düşən ən yüksək bədən hərarəti

İnsan bədənində ən yüksək temperatur 1980- ci ildə qeydə alınıb. 46,5 dərəcə. Temperatur Vaşinqton ştatında  Ulli Cons adlı şəxsdə qeydə alınıb. Xəstə sağ qalıb və 24 saatdan sonra xəstəxanadan evə buraxılıb.

Hemoroydan əziyyət çəkən sərkərdə

Napaleon Bonopartı hamımız yaxşı tanıyırıq. Onun dünya fatehi olduğunu da söyləmək olar. Amma heç kim inanmaz ki, Napaleon kimi sərkərdə Fransa üçün önəmli olan Vaterloo döyüşündə yatıb qalmışdı. Bəli, bu bir tarixi faktdır. Bunun səbəbi isə o idi ki, Napaleon hemoroydan əziyyət çəkirdi və o siptomatik müalicə alırdı. Ona ağrı kəsici verilirdi və bu dərman da ona yuxu gətirirdi. Napaleon döyüşdən əvvəl yatır və heç kim döyüşün kritik anına qədər onu oyatmağa cürət etməzdi.

Kapitan Ceyms Kuk Avstraliyanı kəşf etməyib

1770-ci ilə kimi Ceym Kukdan əvvəl hollandiyalı səyyahlar Avel Tasman, Dirk Xartoq və ingilis dəniz qulduru Vilyam Dampir Avstraliya qitəsində olublar. Həm də bu qitə 50000 il bundan əvvəl yerli aborigen sakinləri tərəfindən onsuz da kəşf olunmuşdu. Sadəcə olaraq, Kuk buranın yeni bir qitə olduğunu deməklə Avstraliyanı kəşf edən səyyah adını alıb.

Tarixin ən uzun çəkən müharibəsi hansıdır?

1651-ci ildə başlayan tarixin ən uzun müharibəsi Hollandiya ilə Şili  Adaları arasında yaşandı. Həmin müharibə təxminən 335 il davam etdi. 1986 -cı ildə müharibə bitdi və nəhayət  sülh müqaviləsi imzalandı.

Pencəyin qoluna vurulan 3 düymə necə yaranıb?

Dəb aləmində pencəklərin qoluna tikilən 3 düymənin yaranma tarixi nə ilə bağlıdır? Bunun da maraqlı bir tarixçəsi var. Bu Napaleon Bonopartın adı ilə bağlıdır. Soyuqlamış əsgərlər burunlarını qollarına silməsinlər deyə imperator onların hərbi geyimlərinin qoluna düymələrin tikilməsini əmr etmişdi.

Samirə Tağıyeva, "İki sahil"