06 avqust 2021 17:01
1337

Siqaret kötüklərini toplayan robot VİDEO

Hollandiyanın "TechTics" şirkəti siqaret kötüklərini toplamaq üçün xüsusi robot hazırlayıb.

Siqaret kötüklərini digər zibildən seçmək üçün bu robot  istifadəçilər tərəfindən "Microsoft Trove" tətbiqi ilə göndərilən şəkilləri analiz etmək üçün "AI" dən istifadə edir.

Qeyd edək ki, texnologiya ilə sosial problemləri həll edən "TechTics" şirkətinin həmtəsisçiləri Edvin Bose və Martin Lucaart hazırladıqları robota "BeachBot" adını qoyublar.Bu robot əsasən çimərliklərdə fəaliyyət göstərməkdədir.

İki kameralı robot Hollandiyanın Lahey şəhərindəki Scheveningen çimərliyində vəziyyəti təhlil edərək siqaret kötüklərinin axtarışına çıxır. Adətən "BeachBot" zibili toplamaq  üçün süni intellektdən istifadə edir.

"BeachBot", həmçinin istifadəçilərin "Microsoft Trove" proqramı vasitəsi ilə  atılan  siqaret kötüklərinin şəkillərini təhlil edir.  Qeyd edək "TechTics" şirkəti  hər şəkil üçün 25 qəpik ödəyir və təxminən  2000 çəkil toplamaq arzusundadır. Onlar  indiyə qədər təxminən 200 fəqrli şəkil toplayıblar.

"BeachBot" robotu təxminən bir saat işləyə bilər. Bir saatdan sonra o mütləq yenidən enerji almalıdır. Şirkət  siqaret kötüklərini toplayan  daha iki robot hazırlamaq fikrindədir. Onlar digər robotlara   günəş panelləri əlavə etmək istəyirlər.

Samirə Tağıyeva, "İki sahil"