10 gündür meşə yanğınları ilə mübarizə aparan Antaliyada dünən yağan leysan yağışları sakinlərin sevincinə səbəb olub.
“İki sahil” İHA-ya istinadən xəbər verir ki, meşə yanğınlarının tüğyan etdiyi Manavqat və Serik rayonlarının sakinləri leysan yağışını görən kimi küçəyə çıxıblar.
Serik rayonunun Karadayı məhəlləsində yaşayan Selçuk Ergin adlı fermer isə əllərini havaya qaldıraraq, “Ver, Allahım ver”, deyə dua edib.