Zəng
216 tonluq Rus Çar Zəngi dünyanın ən ağır zəngidir. Qeyd edək ki, bu zəng Moskvaya 1730-cu ildə gətirilmişdir.
Balqabaq
Yapon Koji Ueno bir rekorda imza ataraq dünyanın ən böyük balqabağını yetişdirdi. Qeyd edək ki, nəhəng balqabağın çəkisi təxminən 485,1 kiloqrama qədər idi. Fermer ardıcıl olaraq iki dəfə rekordunu yenilədi.
Son illər ərzində ABŞ -da yetişdirilən ən böyük balqabağın çəkisi 800 kiloqramdır. Həmin balqabaq "Tad Starr" şirkətinə aiddir.
Şəhər
Əhali baxımından dünyanın ən böyük şəhəri Şanxaydır. Demək olar ki, bu şəhərdə 24 milyondan çox insan yaşayır.
Kabaq
İngiltərəli Joe Aternton 44 kiloqram ağırlığında bir kabak yetişdirməklə Yorkşirdə keçirilən yarmarkaların birində dünya rekorduna imza atdı.
Kələm
Dünyanın ən böyük kələmini Alyaskada yaşayan 10 yaşlı Kevin Dinkel yetişdirdi. Həmin kələmin çəkisi 42 kiloqram idi. Bu nailliyətinə görə Dinkel iki min dollardan çox mükafat almışdı.
Ada
Dünyanın ən böyük adası kimi tanınan Qrenlandiya adası iki okean tərəfindən yuyulur( Arktik və Atlantik) Bu məşhur adanın sahəsi 2130.800 kvadrat kilometrdir ki, bu da öz növbəsində Yer kürəsinin ikinci ən böyük adası olan Yeni Qvineyadan üç dəfə böyükdür.
Muzey
1473-cü ildə əsası qoyulan muzey dünyanın ən böyük muzeyi hesab edilir. Belə ki, bu muzeyin sərgilərini görmək üçün 7 km məsafə qət etmək lazımdır. Muzeydə intibah dövrünə aid rəsm əsərləri görə bilərsiniz. Xüsusilə intibah dövrünün ən məşhur əsərlərindən biri, Mikelancelonun müəllifi olduğu “Qiyamət gecəsi” və ya “Son mühakimə” adlı rəsm əsərinin də yer aldığı "Sikstin Kapellası" muzeyin əsas incisidir. Qiymətə gəlincə, cəmi 5-10 avro ödəməklə bu şedevrlərlə tanış ola bilərsiz.
Dəniz
Dünyanın ən böyük dənizi Sargasso dənizidir. Bu su hövzəsi unikaldır, çünki sahil xətti yoxdur və buna görə də "sahillərsiz dəniz" adlanırdı. Sargasso dənizinin təxmini sahəsi 6-7 milyon kvadrat kilometrdir.
Soğan
Peter Glazebrook adlı insan dünyanın ən böyük soöanını yetişdirib. Belə ki, həmin soğanın çəkisi təxminən 8 kiloqramdır.
Göl
Təəccüblüdür ki, ən böyük göl okeana çıxışı olmayan Xəzər dənizidir və buna görə də göl kimi tanınmaqdadır. Sahəsi 371.000 kvadrat kilometrdir.
Dağ
Son illərə qədər dünyanın ən hündür dağı Çin-Nepal sərhədində yerləşən və 8848 metr hündürlüyə malik Everest hesab olunub. Lakin bu, heç də belə deyil. Aparılan son araşdırmalara görə, Havay adalarında yerləşən "Mauna Kea" dünyanın ən yüksək dağı hesab olunur. Sakit okeanın dibindən yüksələn və vulkanik dağ olan "Mauna Kea"nın okeanın üstündə qalan hissəsinin hündürlüyü 4207 metrdir. Okeanın dibindən etibarən hündürlüyü isə 10100 metrə bərabərdir. Bir milyon yaşındakı Mauna Kea son olaraq 4600 il əvvəl aktiv olub.
Şəlalə
Venesuellada yerləşən "Anhel Falls" şəlaləsi dünyanın ən yüksək şəlaləsidir.
Bu şəlalənin yüksəkliyi 979 metr, enişi 807 metrdir."Anhel"dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1059 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anhelin şərəfinə qoyulmuşdur, 1935 – ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir.
Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemon adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə, həmçinin "Kerepakupai-meru" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi tərcümə olunur.
Heyvan
Yer kürəsinin ən böyük heyvanı kimi tanınan mavi balinanın uzunluğu 33 metrə çatır. Ağırlığı isə təxminən 150 tondur.
Balıq
Dünyanın ən böyük balina köpək balığı insanlar üçün tamamilə zərərsizdir. Onun uzunluğu təxminən 12 metrə çatır.
Hörümçək
"Goliath tarantula" adlı hörümçək dünyanın ən böyük hörümçəyi olaraq tanınır, uzunluğu 28 sm, çəkisi 170 qram olan bu hörümçək " Ginnes Rekordlar Kitabı"na daxil olub.
Körpü
Dünyanın ən uzun körpüsü Çində yerləşir. Onlardan ən uzunu "Danyan-Kushan viyadükdür"dü. Onun uzunluğu təxminən 165 kilometrdir. Yeri gəlmişkən,qeyd edək ki, bütün bu körpülər dəmir yolu körpüləridir.
Gəmi
Dünyanın ən böyük layneri kimi tanın " Harmony of the Seas" 2015 -ci ildə istifadəyə verilmişdir. Uzunluğu təxminən 362 metrə çatan bu gəminin tutumu 65 min nəfərdir.
Samirə Tağıyeva, "İki sahil"