10 avqust 2021 20:04
1049

Ən balaca uşağın həyatı xilas edildi - FOTO

Sinqapurda doğulan dünyanın ən balaca uşağı xəstəxanadan evə buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Həkimlər 212 qram çəkiylə dünyaya gəlmiş qızın həyatını xilas etməyə müvəffəq olublar. Kvek Yun Syuan adlı körpə 13 ay öncə hamiləliyin 25-ci həftəsində doğulub. 24 sm-lik uşaq 13 aydan sonra 6.3 kq çəki toplayıb.

Xatırladaq ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onun müalicəsinə 400 min dollar sərf olunub.