Son günlərdə Tokioda keçirilən Olimpiadada maraqlı hadisə baş verib. "Toyota" şirkəti tərəfindən hazırlanan 185 sm boyu olan Kyu adlı robot tamaşaçıların diqqətini cəlb edib. Daha dəqiq desək , bazar günü ABŞ-Fransa arasında keçirilən futbol matçının ilk günündə Kyu daxili sensorları və 3D xəritəçəkmə texnologiyası vasitəsilə üç xallıq atış edərək, qol vurmağı bacardı. Robot tərəfindən edilən bu atış tamaşaçılar tərəfindən böyük izdihamla qarşılandı. Deyilənlərə görə, hər kəsin sevimlisinə çevrilən bu robotun ilk çıxışı 2018-ci ildə Yaponiyada baş tutmuşdu. Robot o zamanlar indikindən 17 sm daha qısa idi və Yaponiyanın "Arvalq Tokio" basketbol yığmasının ehtiyat oyuncusu kimi çıxış edirdi. Daha sonra 2020-ci ildə 2020 ədəd atış edən Kyu "Ginnesin Rekordlar Kitabı"na daxil oldu.
Bu, "Toyota" şirkəti tərəfindən hazırlanan yeganə robot deyil. Bundan əvvəl də onlar skripka çalmağı bacaran bir robot yaratmışdılar.
Samirə Tağıyeva, "İki sahil"
Basketball Robot. pic.twitter.com/kql3VgZnBb
— Jerry Saltz (@jerrysaltz) July 25, 2021